Va aleykum salam,qardaş,Ağa Sistani(ra) buyurur ki,"həlak həddinəcən haram olmağının sübutu yoxdur",bunu anladım bu heç.Amma 91-ci məsələnin cavabında o buyurub ki,məzhəbə xələl gətirənlər caiz deyil.Hərçənd sual ümumidir,konkret arqumentləri ortaya qoyub soruşulsa idi daha gözəl olardı.Siz demişkən gərək müəyyən oluna ki,baş yarmaq və zəncir xələl gətirimi ya yox.
Va Aleykum əs-salam va rahmətullah və bərakətuhu qardaşım. Xoş gəlmisən )
1.Seyyid Sistani (h.a) tətbir barədə rəyini açıqlamayıb. Nəyin məzhəbə xələl gətirib nəyin gətirmədiyi məsələsi, ümumiyyətlə dediyiniz şeylərin məzhəbə xələl gətirib gətirməməsi məsələsi də müzakirə ediləsidir.
2. Sizin nəzərdə tutduğunuz məsələdə "özünü həlak eləmək" haramdır. Ancaq, zəncir və ya qəmə vurarkən insanlar özlərini həlak eləmirlər. Sizin dediyiniz şeyi təsdiq edən bir şey olsaydı fəqihlər mütləq bunu qadağan edərdilər.
3. "Həlakət" barədəki məsələni düzgün anlamamısız.Əgər "Əbu Sufyan ordusu" nikli qardaşın əvvəlki səhifələrdəki yazılarını oxumamısızsa, xahiş edirəm , zəhmət olmasa oxuyun.
4.Çünki, bu məsələnin birdəfəlik haram olması barədə dəlil yoxdur.
Mən düzü əvvəl qarşı idim,amma "Abu Sufyan Ordusu" nikli qardaşımız gözlərimi açdı.O,tam (!!!) haqlıdır.Aşiq gərək bu cür ola.Bizim özümüz desəm pis çıxar,elə mən özüm deyim,alim kimi İmam Hüseynə(ə) aşiqəm,100% rəhbər,Allah(c.c) tərəfindən höccət olduğuna əminəm,yolundan dönmərəm və s.AMMA abid kimi aşiq deyiləm,bəzən olur bu və ya digər səbəbdən məclisə 1 və ya bir neçə gün gedə bilmirsən,AMMA aşiq gərək o cür olmaya.Desələr,atan xəsdədir nəyin bahasına olursa olsun durub gedərik,AMMA İmama(ə) görə gedə bilmirik,zəif yerimiz elə də budur.Məcnuna divanə deyirdilər Leylinin eşqindən,qoy desinlər,sənə də dəli-divana,müasir dildə desək,"fanat" desinlər,AMMA sən sevgindən əl çəkmə.Bu mənəvi,əxlaqi və həqiqi olan hissədir ki,mən tam razıyam.
(Qeyd:burdan heç nə çıxmır ki,hamı o cür olub baş yarmalıdır.Hərənin bir mərtəbəsi,qabı-qabiliyyəti var,bunu etməməyə görə də insandan sorğu sual olunmaz,əxlaqda elmdə(dini+dünyəvi),davranışda,ibadətdə İmama(ə) layiq ol o da yetər.Məşhur hədisdir,ya Peyğəmbər(savv) deyib,ya İmam Əli(ə):"Salmanın(Allahın(c.c) salamı olsun!) bildiyini Əbazər(Allahın(c.c) salamı olsun!) bilsə,Salmanın(Allahın(c.c) salamı olsun!) qatillərinə rəhmət oxuyar".Yəni hər kəs digər birini bu və ya digər məqamda başa düşməyə bilər,bu digərinin dəli-fanat-səhv yolda birisi olduğuna dəlalət etmir.)
Gözdən düşmək söhbəti ilə də onunla razıyam,nasibi-vəhhabi bizi onsuzda kafir görür,şirk əhli görür,bunu etsək də etməsək də.
Qalır bircə təyin etmək ki,zəncir vurmaq və baş yarmaq,qısaca təthir indiki zamanda məzhəbə xələl qətirir ya yox.
Bu da Ağalar(ra) aid məsələdir ki,gərək onlardan konkret şəkildə soruşula.
Sadəcə bəziləri bunu görüb İslama gəlmir,YAXUD da şiəlikdən keçir digər məzhəblərə.Verdiyim sual tipli cümləyə elə özüm də cavab verib.Bu da dəlil deyil!Çünki,zatən,təvəssül və təbərrük məsələlərinə görə İslama gəlməyən və şiəlikdən çıxanlar var,onda gərək təvəssülü də qadağan edək(edilsin) Kİ bunu da heç bir kəs edə bilməz(hətta müctehid,çünki açıq-aydın dəlil var ki,edilməsi icazə verilən,hətta mənə görə müstəhəb,bəzən də vacib əməldir,çünki bəzən dua edərsən Allah(c.c) qəbul etməz,Peyğəmbərə(s.a.v.v) təvəssül edərsən onda edər).
Gərək,yeni dinə gələnləri və İslamdan sual verənləri dəqiq məlumatlandıraq ki,çaş-baş olmasınlar.Bu da nə Allahın(c.c) işidir,nə Peyğəmbərin(s.a.v.v),nə İmamların(ə),nə də müctehid-alimlərin(Allahın rəhməti bərəkəti onların üzərlərinə olsun!),bizlərin-müsəlmanların-başqasının hidayətinə vasitə olanların işidir.
Allah(c.c) amanında qalaq!
- N_ن_N это нравится