Перейти к содержимому


qulam

Регистрация: 03 июл 2012
Offline Активность: 19 апр 2020 01:40

#102532 İmam Əli:Soruşun məndən! Qiyamətə qədər baş verənləri soruşun məndən!...

Написано qulam 18 января 2015 - 22:11

Şeyx Kuleyni (r.ə) nəql edir:

عدة من أصحابنا، عن أحمد بن محمد عن ابن أبي نصر، عن مثنى، عن زرارة قال: كنت عند أبي جعفر عليه السلام فقال: له رجل من أهل الكوفة يسأله عن قول أمير المؤمنين عليه السلام: " سلوني عما شئتم فلا تسألوني عن شئ إلا أنبأتكم به " قال: إنه ليس أحد عنده علم شئ إلا خرج من عند أمير المؤمنين عليه السلام، فليذهب الناس حيث شاؤوا، فوالله ليس الامر إلا من ههنا، وأشار بيده إلى بيته.

الحديث الثاني : حسن

Zurarə buyurur:Əbu Cəfərin (İmam Baqirin (ə.s)) yanında idim.Kufə əhlindən olan bir kişi İmam Baqirdən (ə.s) İmam Əlinin (ə.s)belə dediyinin:"İstədiyinizi soruşun məndən.Məndən nə soruşsanız mütləq onun barəsində sizə xəbər verərəm"dediyi sözü haqqında sual etdi.İmam Baqir (ə.s) buyurdu:"İnsanların yanında elmdən hər nə bir şey vardırsa, o elm (Peyğəmbərdən sonra) Əmiril-muminin Əlidən (ə.s) qaynaqlanmışdır.İnsanlar istədikləri yerə (elm dalıyca) gedə bilərlər.Allaha and olsun ki,işin mənbəyi (həqiqi elmin mənbəyi)buradır".İmam Baqir (ə.s) bunu deyərkən əli ilə evinə işarə etdi.

Mənbə:"Üsuli-Kafi",Höccət kitabı,101-ci bab,hədis 2,cild 1,səh 400.
http://www.alseraj.net/maktaba/kotob/hadith/kafi1/html/ara/books/al-kafi-1/164.html

Hədisin sənədinə, Muhəmməd Baqir Əllamə Məclisi (r.ə) həsən deyibdir.
Mənbə:Əllamə Məclisi,"Miratul-Uqul", cild 4, səh 308.

http://books.rafed.net/view.php?type=c_fbook&b_id=1013


#102531 İmam Əli:Soruşun məndən! Qiyamətə qədər baş verənləri soruşun məndən!...

Написано qulam 18 января 2015 - 20:35

Öz mənbəmizdə Şeyx Kuleyni nəql edir:

علي، عن أبيه، عن ابن أبي عمير، عن ابن اذينة، عن زرارة، عن أبي جعفر عليه السلام قال: نزل جبرئيل عليه السلام على رسول الله صلى الله عليه وآله برمانتين من الجنة فأعطاه إياهما فأكل واحدة وكسر الاخرى بنصفين فأعطى عليا عليه السلام نصفها فأكلها، فقال يا علي أما الرمانة الاولى التي أكلتها فالنبوة ليس لك فيها شئ، وأما الاخرى فهو العلم فأنت شريكي فيه.

(الحديث الثاني)
حسن


Zurarə, Əbu Cəfərdən (İmam Baqirdən (ə.s)) nəql edir: "İmam Baqir (ə.s) buyurdu: "Cəbrail (ə.s) Rəsulullaha (saav) nazil olub, cənnətdən iki ədəd nar gətirdi. Bu iki narı ona verdi. Həzrət Peyğəmbər (saav) narlardan birini yedi. Digərini isə iki yerə bölüb, yarısını Əliyə (ə.s) verdi və (digər yarısını) özü yedi. Rəsulullah (saav) buyurdu: "Ey Əli! Mənim yediyim birinci nar - peyğəmbərlikdir, sənin onda heç bir payın yoxdur. Digər nar isə elmdir. Sən elmdə mənim şərikimsən"

محمد بن يحيى، عن محمد بن الحسن، عن محمد بن عبدالحميد، عن منصور بن يونس، عن ابن اذينة، عن محمد بن مسلم قال: سمعت أبا جعفر عليه السلام يقول: نزل جبرئيل على محمد صلى الله عليه وآله برمانتين من الجنة، فلقيه علي عليه السلام فقال: ما هاتان الرمانتان اللتان في يدك؟ فقال: أما هذه فالنبوة، ليس لك فيها نصيب، وأما هذه فالعلم، ثم فلقها رسول الله صلى الله عليه وآله بنصفين فأعطاه نصفها وأخذ رسول الله صلى الله عليه وآله نصفها ثم قال: أنت شريكي فيه وأنا شريكك فيه، قال: فلم يعلم والله رسول الله صلى الله عليه وآله حرفا مما علمه الله عزوجل إلا وقد علمه عليا ثم انتهى العلم إلينا، ثم وضع يده على صدره

(الحديث الثالث)
موثق


Muhəmməd ibn Müslim Əbu Cəfərdən (İmam Baqirdən (ə.s)) belə eşitdiyini nəql edir:"İmam Baqir (ə.s) buyurdu: "Cəbrail (ə.s) nazil olub Həzrət Muhəmmədə (saav) cənnətdən iki ədəd nar gətirdi. Əli (ə.s) Rəsulullahla (saav) rastlaşdı və dedi: "Əlindəki bu iki nar nədir?". Rəsulullah buyurdu:"Bu narın biri peyğəmbərlikdir, sənin onda heç bir payın yoxdur. O biri nar isə elmdir".Sonra Rəsulullah (saav) bu narı iki yerə bölüb, yarısını özünə götürdü, yarısını isə Əliyə (ə.s) verdi. Ardınca belə buyurdu: "Sən elmdə mənim şərikim və mən də sənin şərikinəm".İmam Baqir buyurur: "Allah Azzə və Cəll, Rəsulullaha (saav) bir hərf öyrədəndə, o da o hərfi Əliyə (ə.s) öyrətmişdir. Bu elm bizə də gəlib çatdı". Sonra isə İmam Baqir (ə.s) əlini sinəsinin üzərinə qoydu". (Yəni ki, mən Rəsulullahın (saav) haqq canişinlərinin haqq canişini və onların elmlərinin varisi olduğum üçün, bu elm Allah tərəfindən mənə də gəlib çatmışdır və bu an mənim sinəmdədir).

Mənbə:"Üsuli-Kafi", Höccət kitabı, 49-cu bab, hədis 2-3, cild 1, səh 263.
http://www.alseraj.net/…/…/html/ara/books/al-kafi-1/113.html

"Üsuli-Kafi"də nəql olunan hədislərin sənədlərinin hökmü ilə bağlı Muhəmməd Baqir Əllamə Məclisi (r.ə), "Miratul-Uqul", cild 3, səh 136-da birinci hədisin sənədinə həsən, ikinci hədisin sənədinə isə muvəssəq deyibdir.
http://gadir.free.fr/…/Ehlibeyt/kutub2/Mirat_ul_Ukul/003.htm

Qeyd:Həsən və muvəssəq sənədli olan hədis, dəlil gətirməyə aid olan hədislərdir. Hədisin sənədində olan ravilər güvənilən şəxslərdir və bu növ hədislər - mötəbər sənədli hədislərdən sayılırlar.

Şeyx Kuleyni (r.ə) nəql edib:


عدة من أصحابنا. عن أحمد بن محمد، عن الوشاء، عن ثعلبة بن ميمون، عن أبي مريم قال قال: أبو جعفر عليه السلام لسلمة بن كهيل والحكم بن عتيبة: شرقا وغربا فلا تجدان علما صحيحا إلا شيئا خرج من عندنا أهل البيت


(الحديث الثالث)
صحيح.


Əbu Məryəm buyurur:"Əbu Cəfər, (İmam Baqir ə.s) Sələmə ibn Kuhəyl və Həkəm ibn Utəybəyə dedi:"İstər şərqə, istərsə də qərbə gedin! Biz Əhli-beytin (ə.s) yanından yayılmış səhih elmdən başqa bir elm tapa bilməzsiniz".

محمد بن يحيى، عن أحمد بن محمد، عن الحسين بن سعيد، عن النضر بن سويد، عن يحيى الحلبي، عن معلى بن عثمان، عن أي بصير قال: قال لي: إن الحكم بن عتيبة ممن قال الله: " ومن الناس من يقول آمنا بالله وباليوم الآخر وما هم بمؤمنين فليشرق الحكم وليغرب، أما والله لا يصيب العلم إلا من أهل بيت نزل عليهم جبرئيل

(الحديث الرابع)
صحيح.


Əbu Bəsir nəql edir ki,İmam Baqir (ə.s) mənə belə buyurdu:"Həqiqətən də Həkəm ibn Utəybə Allahın bu ayədə buyurduğu şəxslərdəndir:"İnsanların bəziləri imanları olmaya-olmaya biz Allaha və axirət gününə iman gətirdik deyərlər".(Bəqərə 8) Həkəm istər şərqə, istərsə də qərbə getsin! Allaha and olsun ki,üzərlərinə Cəbrailin (ə.s) endiyi Əhli-beytdən (ə.s) başqa bir yerdə (səhih) elmə rast gələ bilməz".

Mənbə:"Üsuli-Kafi",Höccət kitabı,101-ci bab,hədis 3-4.Cild 1,səh 399-400.
http://www.alseraj.net/…/…/html/ara/books/al-kafi-1/164.html

Hər iki hədisə (3-cü və 4-cü hədisə) Muhəmməd Baqir Əllamə Məclisi (r.ə) səhih deyibdir.
Mənbə:Əllamə Məclisi,"Miratul-Uqul", cild 4, səh 309

http://gadir.free.fr/…/Ehlibeyt/kutub2/Mirat_ul_Ukul/004.htm


#102530 İmam Əli:Soruşun məndən! Qiyamətə qədər baş verənləri soruşun məndən!...

Написано qulam 18 января 2015 - 19:29

Bizim İmam Əlinin (ə.s) Peyğəmbərdən (saav) sonra hamıdan elmli olmasına və hamıdan daha üstün olmasına qətiyyən şəkk və şübhəmiz yoxdur.Öz mənbələrimizdə kifayət qədər dəlil və sübutlar çoxdur.Sadəcə olaraq müxaliflərin öz mötəbər sənədli hədisləri ilə onlara lütf edib göstərmək istəyirik ki,baxıb və görsünlər ki,İmam Əlinin (ə.s) elmi Allahın izni ilə nə dərəcədə yüksək səviyyədə olub.Özü (ə.s) bu sözləri mübarək dili ilə buyurubdur.Kim belə bir söz deyib və deyədə bilər!Səhabələrdən kim belə bir söz deyib?Heç kim!Bunu yalnız Peyğəmbərin (saav) varisi olan İmam Əli (ə.s) deyibdir.Peyğəmbərdən sonra belə bir elmli İmamın dalıyca gedərlər!Savadsızların yox!

Əhməd ibn Hənbəlin oğlu Abdullah mötəbər sənədi ilə nəql edib

حَدَّثَنَا عَبْدُ اللَّهِ ، نا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، نا سُفْيَانُ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، قَالَ : أُرَاهُ عَنْ سَعِيدٍ ، قَالَ : " لَمْ يَكُنْ أَحَدٌ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : سَلُونِي ، إِلا عَلِيَّ بْنَ أَبِي طَالِبٍ

Fəzail cild 2.png soruşun.png

Bizə Abdullah nəql etdi, bizə Osman ibn Əbu Şeybə nəql etdi, bizə Sufyan nəql etdi, o da Yəhya ibn Səiddən,(Tabein) Səid ibn əl-Musəyyib buyurub:"Peyğəmbərin (saav) səhabələrindən bir nəfər də olsun belə deməyiblər ki,soruşun məndən.Bunu yalnız Əli ibn Əbu Talib deyərdi ki,(hər nə şey barəsində istədiyinizi) soruşun məndən".(cavab verim)

Mənbə:Əhməd ibn Hənbəl,"Fəzailus-Səhabə",cild 2,səh 646,hədis 1098.Təhqiq,Vəsiyullah ibn Muhəmməd Abbas.Kitabı təhqiq edən hədis şünas Vəsiyullah ibn Muhəmməd Abbas buyurur ki,إسناده صحيحhədisin sənədi səhihdir.
http://waqfeya.com/book.php?bid=2583


#102529 İmam Əli:Soruşun məndən! Qiyamətə qədər baş verənləri soruşun məndən!...

Написано qulam 18 января 2015 - 18:11

Əhli-Sünnənin hədis alimi əl-Əzrəqi özünün mötəbər sənədi ilə nəql edir:

حَدَّثَنَا مَهْدِيُّ بْنُ أَبِي الْمَهْدِيِّ ، حَدَّثَنِي عَبْدُ اللَّهِ بْنُ مُعَاذٍ الصَّنْعَانِيُّ ، حَدَّثَنِي مَعْمَرٌ ، عَنْ وَهْبِ بْنِ عَبْدِ اللَّهِ ، عَنِ ابْنِ الطُّفَيْلِ ، قَالَ : شَهِدْتُ عَلِيًّا رَضِيَ اللَّهُ عَنْهُ ، وَهُوَ يَخْطُبُ ، وَهُوَ يَقُولُ : " سَلُونِي ، فَوَاللَّهِ لا تَسْأَلُونِي عَنْ شَيْءٍ يَكُونُ إِلَى يَوْمِ الْقِيَامَةِ إِلا حَدَّثْتُكُمْ بِهِ ، وَسَلُونِي عَنْ كِتَابِ اللَّهِ ، فَوَاللَّهِ مَا مِنْهُ آيَةٌ إِلا وَأَنَا أَعْلَمُ أَنَّهَا بِلَيْلٍ نَزَلَتْ أَمْ بِنَهَارٍ ، أَمْ بِسَهْلٍ نَزَلَتْ أَمْ بِجَبَلٍ

Əxbəru Məkkə 1.png Əxbəru Məkkə 2.png Əxbəru Məkkə 3.png

Bizə Mehdi ibn Əbu əl-Mehdi nəql etdi, Abdullah ibn Muaz əs-Sənani mənə nəql etdi, Mamər mənə nəql etdi, o da Vəhb ibn Abdullahdan o da Əbu Tufeyldən (r.a) Əbu Tufeyl buyurur:İmam Əlinin (ə.s) xütbə edərkən belə dediyinin şahidi oldum:"(hər bir şeyin barəsində) Soruşun məndən! Allaha and olsun ki, Qiyamətə qədər baş verəcək hər nə şey barəsində soruşsaz onun barəsində sizə xəbər verərərm.Allahın kitabı barəsində soruşun məndən! Allaha and olsun ki, hər bir ayənin gecəmi-gündüzmü, səhradamı-dağdamı nazil olduğunu bilirəm".

Mənbə: "Əxbəru Məkkə", əl-Əzrəqi, cild 1, səh 92, hədis 40.Təhqiq, doktor Əbdul-Məlik ibn Abdullah ibn Duheyş.Kitabı təhqiq edən hədis şünas buyurur ki, إسناده صحيح hədisin sənədi səhihdir.
http://waqfeya.com/book.php?bid=3230

Hədisin keçdiyi digər mənbələr:
Həmən hədisi İbn Əbdul-Bərr nəql edibdir.Mətnin təkrar olmaması üçün hədisin yalnız sənədini və hökmünü qeyd edəcəm.


حَدَّثَنِي أَحْمَدُ بْنُ فَتْحٍ ، نا حَمْزَةُ بْنُ مُحَمَّدٍ ، نا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، نا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، ثنا مُحَمَّدُ بْنُ ثَوْرٍ ، عَنْ مَعْمَرٍ، عَنْ وَهْبِ بْنِ عَبْدِ اللَّهِ ، عَنْ أَبِي الطُّفَيْلِ ، قَالَ : " شَهِدْتُ عَلِيًّا رَضِيَ اللَّهُ عَنْهُ وَهُوَ يَخْطُبُ ، وَيَقُولُ : " سَلُونِي ، فَوَاللَّهِ لا تَسْأَلُونِي عَنْ شَيْءٍ يَكُونُ إِلَى يَوْمِ الْقِيَامَةِ إِلا حَدَّثْتُكُمْ بِهِ ، وَسَلُونِي عَنْ كِتَابِ اللَّهِ ؛ فَوَاللَّهِ مَا مِنْهُ آيَةٌ إِلا وَأَنَا أَعْلَمُ بِلَيْلٍ نَزَلَتْ أَمْ بِنَهَارٍ ، أَمْ بِسَهْلٍ نَزَلَتْ أَمْ بِجَبَلٍ

Cəmiu Bəyan əl-Elm və Fəzlih 1.png Cəmiu Bəyan əl-Elm və Fəzlih 2.png

Mənə Əhməd ibn Fəth nəql etdi, bizə Həmzə ibn Muhəmməd nəql etdi, bizə İshaq ibn İbrahim nəql etdi, bizə Muhəmməd ibn Abdul-Alə nəql etdi, bizə Muhəmməd ibn Səvr nəql etdi, o da Mamərdən o da Vəhb ibn Abdullahdan o da Əbu Tufeyldən (r.a)

Kitabı təhqiq edən hədis şünas Əbul-Əşbəl əz-Zuheyri buyurur:
إسناده صحيح و رجاله ثقات
Hədisin sənədi səhih və raviləri də siqə (güvənilən) şəxslərdir.

Mənbə:"Cəmiu Bəyan əl-Elm və Fəzlih", İbn Abdul-Bərr, cild 1, səh 464, hədis 726.Təhqiq, hədis şünas Əbu əl-Əşbəl əz-Zuheyri.

https://archive.org/details/Jami3BayanAlIlm
http://waqfeya.com/book.php?bid=1397


Xətib Bağdadi bu hədisi nəql edibdir.Onun kitabını təhqiq edən hədis şünas Adil ibn Yusuf əl-Azəzi deyir: إسناده صحيح Hədisin sənədi səhihdir.

أَنَاهُ أَبُو الْحُسَيْنِ أَحْمَدُ بْنُ عُمَرَ بْنِ رَوْحٍ ، وَأَبُو عَلِيٍّ الْحَسَنُ بْنُ فَهْدٍ ، بِهَا ، قَالا : أنا أَبُو الْحُسَيْنِ مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ بْنِ سَلَمَةَ الْكُهَيْلِيُّ ، بِالْكُوفَةِ ، أنا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ سُلَيْمَانَ الْحَضْرَمِيُّ ، نا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ الْمَرْوَزِيُّ ، نا عَبْدُ الرَّزَّاقِ ، نا مَعْمَرٌ ، عَنْ وَهْبِ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِي دُبَيٍّ ، عَنْ أَبِي الطُّفَيْلِ ، قَالَ : شَهِدْتُ عَلِيًّا ، وَهُوَ يَخْطُبُ ، وَهُوَ يَقُولُ : " سَلُونِي ، وَاللَّهِ لا تَسْأَلُونِي عَنْ شَيْءٍ يَكُونُ إِلَى يَوْمِ الْقِيَامَةِ إِلا حَدَّثْتُكُمْ بِهِ بِإِسْنَادِهِ قَالَ : قَالَ عَلِيٌّ : سَلُونِي عَنْ كِتَابِ اللَّهِ ، فَوَاللَّهِ ، مَا مِنْ آيَةٍ إِلا أَنِّي أَعْلَمُ أَبِلَيْلٍ نَزَلَتْ أَمْ بِنَهَارٍ ، أَمْ فِي سَهْلٍ أَمْ فِي جَبَلٍ

Fəqih və Mutəfəqqih 1.png Fəqih və Mutəfəqqih 2.png Fəqih və Mutəfəqqih 3.png Fəqih və Mutəfəqqih 4.png

Mənbə:"əl-Fəqih və əl-Mutəfəqqih", cild 2, səh 351-352, hədis 1081-1082, haşiyə 1,3, Təhqiq, Adil ibn Yusuf əl-Azəzi.
http://waqfeya.com/book.php?bid=963


#102527 Təqiyyə

Написано qulam 17 января 2015 - 01:18

İbn Teymiyyənin fikrincə can qorxusundan bütə ibadət etmək küfr deyil!,
http://hadis.313news...news/a-209.html



#102526 Vəhhabilərin "allah"ı

Написано qulam 17 января 2015 - 01:07

İbn Teymiyyə tövhid inancının əksəriyyətinin yəhudilərlə eyni olduğunu etiraf edir! ))))))))
http://hadis.313news...news/a-210.html



#102417 "Cinsiyyət dəyişdirilməsi" fətvası

Написано qulam 16 октября 2014 - 23:15

NUN qardaş, bu da Rəhbərin rəsmi saytından gələn fətvası.Biz yaxşı bilirdik ki, bu vəhabilər Rəhbərin fətvasını təhrif edirdilər.Hətta Rəhbərin "İstiftaat" kitabında olan 2-dənə fətvasından da görünürdü ki, bu işə böş-böşuna yox, yalnız zəruri şərtlərlə (xonsa və cinsiyyəti aşkar etmək üçün) icazə verilirdi.Sualı bunların dediyi kimi (yəni sağlam kişi gedib özünü əməliyyat etdirir və nəticə də qadın olur və Lut peyğəmbərin (ə) qövmünün gördüyü işlərini görür dedikləri kimi) aşkar qoyduq və Rəhbərin rəsmi saytından aşkar cavab aldıq.Və bir daha sübut olundu ki,onların dediyi kimi deyil.

Mövzu: Tibbi məsələlər
İstiftanın nömrəsi: 473524
Bismihi Ta`ala
Selamun alaykum ve Rahmetullahi ve Berekatuhu
(Cavab) Qeyd etdiyiniz halda, həmin əməli etmək caiz deyil (icazəli deyil), yalnız cinsi aşkar etmək üçün bu əmələ icazə vardır.
Hayatınızda başarılı olmanız dileğiyle

(Sual) Salamun aleykum.Heç bir fiziki (xonsa) və ya cinsi psixoloji (transsexual) xəstəliyi olmayan sağlam kişi özünün cinsiyyətini əməliyyat etdirib özünü qadın edə bilər? Həmçinin də sualdakı şərtlərə əsasən qadın özünün cinsiyyətini əməliyyat etdirib özünü kişi edə bilər? Qabaqcadan təşəkkür edirəm.
leader.ir


#102412 Rəsulullahın (saav) varisi Əlidir (ə.s)

Написано qulam 14 октября 2014 - 23:43

İMAM Əli (ə) PEYĞƏMBƏRİN (s) HAQQ CANİŞİNİDİR
Quran-Kərim və hədislərə əsasən peyğəmbərlərin (ə) özlərindən sonra varisləri olmuşdur. Allah Təala Quran-Kərim də buyurur: "Süleyman Davuda varis oldu və dedi: "Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən (mənəvi kamallardan və maddi vəsaitlərdən) verildi. Həqiqətən, bu, (bizə göstərilən) açıq-aşkar üstünlükdür". (“Nəml” 16). Ayədən gördüyümüz kimi, Süleyman peyğəmbər (ə) Davud peyğəmbərin (ə) varisi olur. Süleyman (ə) Davudun (ə) varisi olduğuna görə Allah Təala tərəfindən Həzrət Süleymana (ə) hər şey (peyğəmbərlik, elm, möcüzə və mal-dövlət) verilir. Necə ki, ayədən göründüyü kimi, Həzrət Süleyman özü bunu buyurdu.
Həzrət Muhəmməd peyğəmbərimizin (s) varisi isə İmam Əli (ə) olmuşdur. Bu isə o deməkdir ki, İmam Əliyə (ə) Allah Təala tərəfindən peyğəmbərlikdən başqa (çünki, Rəsuli-Əkrəm (s) - Xatəmun-nəbidir – peyğəmbərlərin sonuncusudur) hər şey (imamət, elm, kəramət, bütün mənəvi kamallar) verilmişdir. Bunun dəlili isə Süleyman (ə) peyğəmbərin ayədə buyurulan varislik məsələsidir. Həzrət Süleyman (ə) bir peyğəmbər varisi olduğuna görə Allah Təala tərəfindən ona hər şey verildiyi kimi, İmam Əliyə (ə) də hər şey verilmişdir. Çünki, İmam Əli (ə) də peyğəmbər varisidir. Özü də sonuncu peyğəmbərin varisi. O Peyğəmbərin (s) ki, bütün peyğəmbərlərin varisi olmuş və İmam Əli (ə) də onun varisi olmuşdur. Bu, açıq-aşkar İmam Əli (ə) üçün ən böyük bir fəzilətlərdir ki, Peyğəmbərin (s) elminin, imamlığının, kəramətinin, mənəvi kamallarının və mal-dövlətinin varisi olmuşdur. Allahın izni ilə bir neçə hədis nəql edib, mövzunu əsaslandıraq. Əhli-sünnə qardaşların hədis alimi olan əl-Hakim ən-Nisəburi özünün "əl-Mustədrək" kitabı hədis 4633-də belə bir rəvayət nəql edir: “Əbu İshaq buyurur: “(Səhabə) Qusam ibn Abbasdan (r. ə) soruşdum ki, necə oldu ki, sizin içinizdən Rəsulullahın (s) varisi Əli (ə) oldu?”. Qusam dedi: "Çünki o, (Allah Rəsuluna) bizlərdən əvvəl qoşulmuş və ona bizdən də daha şiddətli dərəcədə bağlı olmuşdur"”. Hədisdən sonra əl-Hakim və əz-Zəhəbi təsdiq ediblər ki, hədis səhihdir.
Yenə Əhli-sünnə qardaşların hədis alimi olan hafiz əl-Heysəmi, özünün "Məcməuz-Zəvaid" kitabı hədis 14765-də nəql edir: “İbn Abbas (r. ə) buyurub: “Hələ Allah Rəsulu (s) sağ ikən, Əli (ə) belə deyərdi: "Allah Azzə və Cəll buyurub: "Məgər o (Muhəmməd) ölərsə və ya öldürülərsə, siz gerimi dönəcəksiz?". (“Ali-İmran” 144). Allaha and olsun ki, Allah bizi hidayət etdikdən sonra əsla geri dönmərik. Allaha and olsun ki, (Muhəmməd) ölsə və ya öldürülsə, uğrunda döyüşdüyü həqiqətlər üçün mən də ölənədək döyüşərəm! Allaha and olsun ki, mən onun qardaşı, vəlisi, əmisi oğlu və varisiyəm. Elə isə kimin ona (Peyğəmbərin haqq canişini olmağa) məndən daha da haqqı var?"”. Hədisdən sonra hafiz əl-Heysəmi deyib: “Bu hədisi Təbərani nəql edib və hədisi nəql edən ravilər isə Buxari və Müslümün raviləridir, (yəni əhli-sünnənin nəzərincə, doğru danışandır)”.
Gördüyümüz kimi, bu fəzilət İmam Əliyə (ə) məxsusdur. Həzrət Peyğəmbər (s) öz varisi olan İmam Əlini (ə) "Qədir-Xum" deyilən yerdə müsəlmanlara bir daha tanıtdırdı və onlara özündən sonra İmamın (ə) kim olmasını elan etdi. Ən-Nəsai, özünün "Xəsais İmam Əli" kitabında səhih sənəd ilə Zeyd ibn Ərqəmdən (r. ə) nəql edir: “Peyğəmbər (s) "Qədir-Xum"da dedi: "Sizin aranızda biri digərindən daha böyük iki qiymətli əmanət qoyuram. Allahın Kitabını və mənim İtrətim Əhli-beytimi. Məndən sonra onlara necə davranacağınıza diqqət edin. Çünki, onlar Kövsər hovuzu kənarında mənimlə qovuşana qədər bir-birlərindən əsla ayrılmayacaqlar!". Sonra belə buyurdu: "Şübhəsiz ki, Allah mənim başçım və mən də bütün möminlərin başçısıyam". Daha sonra Əlinin (ə) əlindən tutaraq dedi: "Mən kimin başçısıyamsa, bu Əli də onun başçısıdır! İlahi, Ona dost olana dost, düşmən olana isə düşmən ol!"”.
Ey Əlini (ə) sevən ürəklər! "Qədir-Xum" bayramınız mübarək olsun!



#102284 İmam Əli (ə.s) bu ümmətin ən qazisi və ən elmli şəxsidir.

Написано qulam 14 сентября 2014 - 02:04

Ən qazi şəxs olmaq üçün gərək ki hamıdan ən çox Quran və Sünnəni biləsən.Hamıdan ən çox halal və haramları və s tanıyasan.Hamıdan ən çox ədalətli olasan.Hamıdan ən çox rəhimli olasan.Hamıdan ən çoz elmli olasan və s.Deməli bu sifətlər İmam Əli (ə.s) da olduğu üçün və buna görədə Peyğəmbər (saav) İmam Əliyə ümmətinin ən qazi şəxs olmasını deyib.Yox əgər bu sifətlər ən qazi şəxs də olmasa, başqalarna nisbətdə o necə ən qazi şəxs ola bilər?!Bu sifətlər İmam Əli üçün ən fəzilətlərdir.Bəli.Peyğəmbərdən (saav) sonra xilafətə belə mübarək bir kişi layiqdir.Hamıdan ən elmli,ən ədalətli,ən haqq və batili ayıra bilən və s.Həmçinin bu hədislər, Ömərin sözü ki,var idi ya deyirdi Əli olmasaydı Ömər həlak olardı, bax yuxarıda qeyd etdiyimiz hədislər Ömərin belə söz deməsinin mümkünlüyünü sübut edən şahidlərdir. Deməli hədisdən çıxan bir dəlildə budur ki, İmam Əli ən Faruqdur.Haqq ilə batili ayırd etməkdə ən bacarıqlı adamdır.

Allah bizi İmam Əlinin dostlarından qərar versin.Amin.
:flowers1:/>/>


#102280 İmam Əli (ə.s) bu ümmətin ən qazisi və ən elmli şəxsidir.

Написано qulam 14 сентября 2014 - 00:34

Salamun aleykum.Bizə görə İmam Əli (ə.s) Peyğəmbərin (saav) haqq canişini və Ondan (saav) sonra ümmətin ən fəzilətlisi və ən elmli şəxsidir.Biz burada Əhli-sünnə qardaşların mötəbər sənədli olan hədisləri ilə İmam Əlinin (ə.s) hamıdan ən elmli və ən əfzəl şəxs olmasını sübut edəcəyik.Nəticə etibarı ilə belə bir şəxsin Peyğəmbərdən sonra xilafətə hamıdan əh layiq olmasını əqil təsdiqləyəcək.Təbii ki,bu məsələ başqa dəlillər üzrəində də sübut olunmuşdur.Sadəcə qeyd edəcəyimiz məsələni əlavə olaraq qeyd edirik.Mövzu ilə bağlı nəql etdiyim hədislərin içində olan başqa söhbətləri yox,yalnız mövzuya aid olan hissəni (İmam Əli ilə bağlı) qeyd edəcəm.

1.İbn Macə özünün səhih sənədi ilə Ənəs ibn Malikdən nəql edir:Peyğəmbər (saav) buyurub:"Mənim ümmətimin ən qazi olan şəxsi (haqq və batili ayırd edərək ən düzgün qəzavət etməyi bacaran) Əli İbn Əbu Talibdir".

وأقضاهم علي بن أبي طالب
قال الشيخ الألباني : صحيح
Albani kitabı təhqiq edərkən deyib:Səhihdir.


İbn Macə 1.png İbn Macə 2.png İbn Macə 3.png Səhih ibn Macə -.png

Mənbə:"Səhih Sünən ibn Macə",cild 1,səh 67-68,hədis 125 (153) Təhqiq,Albani.
http://www.waqfeya.com/book.php?bid=1580

2.Həmən hədisi( "Mənim ümmətimin ən qazi olan şəxsi (haqq və batili ayırd edərək ən düzgün qəzavət etməyi bacaran) Əli İbn Əbu Talibdir". Abdullah ibn Ömər də nəql edib. Albani, Abdullah ibn Ömərdən də nəql olunan hədisə səhih deyib.

Səhih Cəmius-Səğir 1.png Səhih Cəmius-Sağir 2.png Səhih Cəmius-Sağir 3.png

Mənbə:"Səhih əl-Cəmius-Səğir", cild 1,səh 211,hədis 869.Təhqiq, Albani.
http://www.waqfeya.com/book.php?bid=477

3.Yenə səhabələrdən Cabir ibn Abdullah əl-Ənsari (r.a) bu hədisi nəql edib

عن جابر بن عبد الله الأنصاري قال : قال رسول الله - صلى الله عليه وسلم وأقضى أمتي علي بن أبي طالب
"Mənim ümmətimin ən qazi olan şəxsi Əli ibn Əbu Talibdir"


Hədisdən sonra hafiz əl-Heysəmi deyib:
رواه الطبراني في الأوسط وإسناده حسن
Təbərani əl-Əvsət da bu hədisi nəql edib, sənədi də həsəndir.


Mənbə:"Məcməuz-Zəvaid və Mənbəul-Fəvaid", cild 9, səh 235, hədis 14918.
http://library.islamweb.net/newlibrary/display_book.php?bk_no=87&ID=2946&idfrom=14972&idto=15069&bookid=87&startno=70

4.Digər səhabə Əbu Səid əl-Xudri (r.a) bu hədisi nəql edib.
عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : وَأَقْضَاهُمْ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ

Mənbə:Rəsəil Hafiz ibn Əbdul-Hadi, hədis 12.
http://library.islam...872&hid=12&pid=


#102208 Aişənin Əliyə (ə.s) qarşı kini !!...

Написано qulam 09 сентября 2014 - 17:06

Qardaş, özünü alim bilən İbn Useymin belə fikirləşirsə,gör ona təqlid edən avamlar nə gündədirlər. :)/>/> Elə bili ki, (nəuzubillah) Əhli-beyt haqqında nazil olan Təthir ayəsi və onun təfsiri ilə nəql olunan hədislər Xanım Fatimə (s.a) üçün yox,Əbu Bəkr haqqında deyilib :)/>/>
  • N_ن_N это нравится


#102137 Peyğəmbər, Fatiməni evlənmək üçün Əbu Bəkr və Ömərə yox,Əliyə verdi

Написано qulam 06 сентября 2014 - 02:07

Əhli-Xilafın hədis alimlərindən olan ən-Nəsai öz sənədi ilə nəql edir:

أخبرنا الحسين بن حريث قال حدثنا الفضل بن موسى عن الحسين بن واقد عن عبد الله بن بريدة عن أبيه قال خطب أبو بكر وعمر رضي الله عنهما فاطمة فقال رسول الله صلى الله عليه وسلم إنها صغيرة فخطبها علي فزوجها منه .
تحقيق الألباني
صحيح الإسناد

(Səhabə) Bureydə nəql edir:"Əbu Bəkr və Ömər, Fatiməni Peyğəmbərdən (saav) istədilər.Peyğəmbər (saav) onlara buyurdu:"Fatimə hələ kiçikdir".(deyib onlara vermədi) Əli istədikdə isə Fatiməni Əli ilə evləndirdi".

Albani, kitabı təhqiq edərkən deyib: İsnadı səhihdir.
Mənbə:"Sünən Nəsai",cild 7,səh 293, hədis 3221.Təhqiq,Albani.

http://islamport.com/w/alb/Web/783/3293.htm

Digər əhli-xilaf hədis alimi olan İbn Hibban, hədisi səhih bilib və bu hədisi özünün səhihlər toplusunda nəql edib.İbn Hibbanın kitabını təhqiq edən hədis şünas Şuəyb əl-Ərnəut hədisdən sonra deyib:

قال شعيب الأرنؤوط : إسناده صحيح على شرط مسلم
Hədis Müslümün şərtinə əsasən səhihdir.

Mənbə:"Səhih ibn Hibban",cild 15,səh 399,hədis 6948.Təhqiq,Şuəyb əl-Ərnəut

http://islamport.com/w/mtn/Web/3005/13891.htm

Hakim ən-Nisəburi bu hədisi nəql edib və deyib:
هذا حديث صحيح على شرط الشيخين و لم يخرجاه
Bu hədis şeyxeynin (Buxari və Müslümün) şərtinə əsasən səhihdir.Lakin onlar nəql etməyiblər.

Zəhəbi,"Təlxis"də hədisin sənədi ilə bağlı deyib:
تعليق الذهبي قي التلخيص : على شرط البخاري ومسلم
Buxari və Müslümün şərtinə əsasən (səhih)

Mənbə:"əl-Mustədrək alə əs-Səhiheyn",cild 2,səh 181,hədis 2705.Təhqiq,Mustafa Əbdul-Qadir Əta.(Zəhəbinin Təlxis kitabı ilə birgə)

http://islamport.com/w/mtn/Web/2986/2748.htm

Maraqlıdır ki,Peyğəmbər (saav) nəyə görə Fatiməni (s.a) Əbu Bəkrə və Ömərə vermədi? :gizildish:/>/> İmam Əli (ə.s) istədikdə isə Xanım Zəhranı İmam Əli ilə evləndirdi.Nəyə görə onlara vermədi? Halbu ki,sizə görə Peyğəmbərdən (saav) sonra ümmətin ən birici fəzilətli şəxsi Əbu Bəkr,ikincisi isə Ömərdir.Adam qızını belə şəxsə verməzmi? Bəlkə onlar sizin dediyiniz kimi olmadıqları üçün aləm qadınlarının seyyidəsi olan bir xanımı Peyğəmbər (saav)ona görə onlara vermədi?


#102126 Aişənin Əliyə (ə.s) qarşı kini !!...

Написано qulam 05 сентября 2014 - 23:28

Umm Meryem xanım,Hucurat 9-da Allah qarşı tərəfi "bəği"-sifəti ilə vəsf edib.Halbu ki,münafiq Qarunuda Allah Quran da "bəği" sifəti ilə vəsf edib.Nə demək istədiyimi diqqətlə oxu.Dəlilləri 266-cı postdan görə bilərsən http://313news.net/f...3/page__st__240

Hucurat 9,10 çox gözəl ayələrdir.Bu ayələr gözəl ahənglə bir-birlərini tamamlayıb möminlərin bir-birlərinə qarşı qardaş olmalarını və onların arasında daim sülh olmasını açıq aşkar bəyan etməkdədir.Ayənin bir neçə şəni nuzulu var.Möminlərdən Ovs və Xəzrəclilərin davası,Ənsarlı möminlərdən iki kişi arasında olan davaları,ər və arvad arasında olan çəkişmə.Şəni nuzullara baxdıqda görərsən ki,onlar bir-birlərinə qarşı əllə, ayaqqabı və çubuqla vurublar.Və aralarında olümdə olmayıb.Bu cür hadisələrin dərhal qarşısını almaq və bu hadisələr qanlı müharibələrə çevrilməməsi üçün və möminlər bir-birlərini öldürməmələri üçün Allah əmr edib ki,iki mömin tayfanın arasında sülh yaradın (barışdırın onları) Yəni iki mömin arasında müharibə olmamalıdır mütləq sülh olmalıdır.Bu Allahın əmri olduğu üçün Nəbi (sallallahu ayeyhi və alihi və səlləm) və ya möminlərin imamı onları dərhal barışdırmalıdırlar.Və onlarda Allahın bu əmrinə mütləq itaət edib dərhal barışmalıdırlar.Çünki,möminlər bir-birlərinə qardaşdırlar.Qanları malları namusları bir-birlərinə haramdır. Tarixdə olmuş bu hadisə bizə bir dərs verir ki,iki mömin tayfa arsında mütləq sülh olmalı və müharibə olmamalıdır.267-ci posta olanlarda bunu başa düşməyə kömək edir.Bunları bildiyimiz halda biz möminlər bir-birimizln boynunu vurub necə müharibə edə bilərik.Bir halda bilirik ki,iki mömin tayfa arasında müharibə olmamalıdır.Mütləq sülh olmalıdır.Hə ola bilsin ki,dövrümüzdə şeytan iki mömin şəxsin arasına girsin və tarixdə baş vermiş hadisə təzədən təkrarlansın.Bu halda da yenə mütləq barışmalıdırlar.Sülhə gəlməlidirlər.Ölüm olmamalıdır.İki mömin dəstənin arasına şeytan girib qəfildən aralarında ixtilaf düşsə və bir-birlərinə yumuruq və təpik və s.vurub vuruşsalar bu halda onlar möminlikdən çıxmazlar.Necəki,tarixdə belə hadisə baş verdiyi halda Allah onlara mömin deyib və mən nə çarəyəm ki,buna etiraz edim.Lakin möminlik sifətinin onlarda sabit olması üçün şərti var.Allahın əmrinə mütləq itaət edib sülhə gəlməlidirlər.Bir-birlərinin böynunu vurmamalıdırlar.Möminlər onları ayırdıqda mütləq məsləhətə qulaq asıb barışmalıdırlar.Çünki,bu Allahın əmridir və möminlər bir-birlərinə qardaşdırlar.Əgər mömindirlərsə,Allahın Qurandakı sülh əmrinə mütləq itaət edəcəklər.Çünki,möminin sifəti budur. Möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!” – deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır!(Nur 51) Digər ayə:Mömin kişi və qadınlar "Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir".(Tövbə 71) Elə isə Allahdan qorxun və öz aranızdakı əlaqələri düzəldin. Əgər möminsinizsə, Allaha və Onun Elçisinə itaət edin. Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər (Ənfal 1,2) Yəni,sülhü eşitdik Allahdan qorxduq və ona tabe olduq.Yox əgər sülhə tabe olmayıb öz şəxsi rəylərinə söykənib təcavüz eləsələr möminlərin üstünə bu halda azğındırlar.İbn Abbasda bunu dedi.266-cı posta bax.Çünki,Allahın əmrini ayaqlarının altına qoyub tapdaladılar."Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qə­­rarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür".(Əhzab 36) Kim Allaha və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu hazırlanmışdır”.(Cinn 23)Bunlardan da əlavə Allah onları "bəği" sifəti ilə vəsf edib.Hansı ki,Quranda Allah Qarunuda bu sifətlə vəsf edibdir.Qarunda azğınlığından Musaya (aleyhissalam) zülm edirdi və axırda da yer Allahın əmri ilə onu udub məhv elədi.Bax 268,269 postlara.Uzun sözün qısası budur ki,Allahın sülh əmrini ayaq altında qoyan həmən bu "bəği" əhli əgər pak niyyətlə sülhə gəlsələr və mömin qardaşlarının qanlarını tökməkdən əl çəksələr mömindirlər və qardaşlarımızdır.Yox əgər sülhə gəlməsələr və möminlərin üstünə hücum edib onların qanlarını tökməkdə israrlı olsalar möminlərin imamı və möminlər onlarla vurşduqda öldürülən azğın zalım dəstənin qanlarıda hədərdir.Ona görə ki,haqq dəstə Allahın əmri ilə azğın təstə ilə vuruşur.Haqq dəstədən ölənlərin qanı isə hədər deyil.Onun sorğusu və cəzası olacaq.Məsələn "Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar".(Nisa 93)Bax bu ayənin Hucurat 9,10-la qətiyyən ziddiyyəti yoxdur.Allahda deyib ki,Quranda ziddiyyət yoxdur."Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar".(Nisa 82) Ona görə ziddiyət yoxdur ki,Hucurat 9-da ölüm olmayıb.Barışıq olub.Nisa 93 də isə mömini qətlə yetiriblər.Allahda möminin qətl hökmünü burda bəyan edib."Bəği"əhli Allahın barış əmrini pozduqlarına görə və mömimlər arasında əmin amanlıq müqəddəsliyini aradan apardıqlarına görə və eyni zamanda da təcavüzə məruz qalmış məzlum mömin dəstənin haqqı tapdalandığına görə və s.Allah əmr edib ki,onlar Allahın əmrinə qayıdana qədər onlarla vuruşun.Haqq tərəfin vuruşması fərzdir.Azğın zalım dəstənin isə sülhə gəlməsi fərzdir.Sülhə gəlmək əvəzinə utanmaz-utanmaz hələ möminlərin üstünə silah çəkib onları öldürmək fikirləri var?!Necə ki,azğınlardan bəziləri bunu etdi.Bu iki mömin dəstənin məsələsi.Bunlardan da əlavə yaddan çıxartmaq lazım deyil ki,onlar rəsmi məsum İmam Əliyə qarşı müharibəyə çıxmışdılar.Təsəvvür elə ki,İmam Mehdi (aleyhissalam)zühur edib və bir dəstə silah alıb əlinə ona qarşı müharibə edib Allahın höccətini möminlərin İmamını öldürmək istəyirlər.

  • N_ن_N это нравится


#102124 Aişənin Əliyə (ə.s) qarşı kini !!...

Написано qulam 05 сентября 2014 - 22:51

NuN qardaş,sizə xüsusi təşəkkür edirəm.
  • N_ن_N это нравится


#102006 "Cinsiyyət dəyişdirilməsi" fətvası

Написано qulam 31 августа 2014 - 23:09

Bu fətvaları təhrif edib təqdim edirlər.qerib kimi cahillər də buna aldanırlar.qerib biz səndən cavab gözləyirik.Get fətvanın əslini tap gətir qoy bura.Fətvanı tapsan görəcəksən ki,məsələ sən dediyin kimi deyil.Rüsvay olacaqsan necə ki də olursan.Rüsvay olmağın üçün köməklik edim sənə. Seyyid Əli Xameneyinin istiftaat kitabını axtar tapacaqsan




Рейтинг@Mail.ru