Перейти к содержимому


Elmeddin

Регистрация: 05 окт 2009
Offline Активность: 22 ноя 2022 23:14

#99814 Muxtar ibn Əbu-Übeyd əs-Səqəfi

Написано Elmeddin 24 октября 2013 - 11:01

Muhəmməd b. Məsud əl-Əyyaşi r.a-ın tələbəsi və rical alimlərinin böyüklərindən olan, İslam və müsəlmanların sütunu Kəşşi r.a öz rical kitabında Muxtar əs-Səqəfi haqqında bir çox hədis rəvayət etmişdir. inşaAllah burada Muxtarın böyüklüyünə dəlalət edən 2 hədis paylaşacağam:

1-ci hədis: bu imam Baqir a.s-dan rəvayət edilmiş və sənədi səhih olan bir hədisdir.

حمدويه، قال حدثني عن يعقوب، عن ابن أبي عمير، عن هشام بن المثنى، عن سدير، عن أبي جعفر (عليه السلام) قال : لا تسبوا المختار فإنه قتل قتلتنا و طلب بثارنا و زوج أراملنا و قسم فينا المال على العسرة
mənə Həmdəveyh danışdı, dedi: Yəqub mənə ibni Əbi Umeyrdən, o Hişam b. Musənnadan, o Sədirdən, o da Əbu Cəfər (imam Muhəmməd əl-Baqir a.s)-dan danışdı, dedi: "Muxtar haqqında pis danışmayın. o bizim qatillərimizi qətl etdi, tökülən qanlarımızın intiqamını aldı, malını bizim aramızda bölüşdürdü və ərsiz qadıları evləndirdi."

Kəşşi r.a, "Rical", 2/125, hədis 197


bu rəvayətin bütün raviləri siqa (güvənilir) və isnad muttəsildir. inşaAllah hədis səhih və ya ən azından həsəndir.

2-ci hədis: bu hədis isə imam Sadiq a.s-dan rəvayət edilmişdir:

إبراهيم بن محمد الختلي، قال حدثني أحمد بن إدريس القمي، قال حدثني محمد بن أحمد، قال حدثني الحسن بن علي الكوفي، عن العباس بن عامر، عن سيف بن عميرة، عن جارود بن المنذر، عن أبي عبد الله (عليه السلام) قال : ما امتشطت فينا هاشمية و لا اختضبت حتى بعث إلينا المختار برءوس الذين قتلوا الحسين (عليه السلام)
mənə İbrahim b. Muhəmməd danışdı, dedi: mənə Əhməd b. İdris danışdı, dedi: mənə Muhəmməd b. Əhməd danışdı, dedi: Həsən b. Əli əl-Kufi mənə Abbas b. Umarədə, o Seyf b. Umeyrdən, o Carud b. Munzirdən, o da Əbu Əbdullah (imam Cəfər əs-Sadiq a.s)-dan danışdı, dedi: "Muxtar Hüseyin a.s-ın qatillərinin kəsik başlarını bizim xanədanımıza göndərənə qədər Haşimi qadınları başlarını darayıb, həna qoymadılar."

Kəşşi r.a, "Rical", 2/127, hədis 202


Seyyid Ustad r.a bu hədis haqqında deyib:

وهذه الرواية صحيحة
və bu rəvayət səhihdir.

Seyyid Xoi r.a, "Mucəm ricalil hədis", 19/102


  • qulam это нравится


#99812 İmam Hüseyni kim öldürüb

Написано Elmeddin 24 октября 2013 - 10:50

kerbela-fakih.jpg kerbela-fakih1.jpg

şəkildə gördüyünüz Şeyx Səduq r.a-ın "Fəqih" kitabıdır, işarələdiyim yerdə deyilir:

وروى لنا عبد الواحد بن محمد بن عبدوس النيسابوري رضي الله عنه قال: حدثنا علي بن محمد بن قتيبة، عن الفضل بن شاذان قال: سمعت الرضا (عليه السلام) يقول: " لما حمل رأس الحسين (عليه السلام) إلى الشام أمر يزيد لعنه الله فوضع ونصب عليه مائدة، فأقبل هو وأصحابه يأكلون ويشربون الفقاع فلما فرغوا أمر بالرأس فوضع في طست تحت سريره وبسط عليه رقعة الشطرنج وجلس يزيد لعنه الله يلعب بالشطرنج ويذكر الحسين بن علي وأباه وجده (عليهم السلام) ويستهزئ بذكرهم، فمتى قامر صاحبه تناول الفقاع فشربه ثلاث مرات ثم صب فضلته على ما يلي الطست من الأرض فمن كان من شيعتنا فليتورع عن شرب الفقاع واللعب بالشطرنج، ومن نظر إلى الفقاع أو إلى الشطرنج فليذكر الحسين (عليه السلام) وليلعن يزيد وآل زياد، يمحو الله عز وجل بذلك ذنوبه ولو كانت بعدد النجوم "
və bizə Əbdülvahid b. Muhəmməd r.a rəvayət etdi, dedi: Əli b. Muhəmməd b. Quteybə mənə Fəzl b. Şazadan nəql etdi, dedi: ər-Rıza (imam Əli ər-Rıza a.s)-ın belə dediyini eşitdim: "Hüseyin a.s-ın kəsilmiş başıı Şama apardıqları vaxt Yezid -Allah ona lənət etsin- onu bir tərəfə qoymaqlarını əmr etdi. Sonra isə yanında bir süfrə qurdurdu və dostları ilə o süfrədə yemək yedi və şərab içdi. sonra Hüseyin a.s-ın kəsilmiş başının bir ləyən içərisində taxtının yanına qoyulmağını əmr etdi. ləyənin üstünə isə şahmat taxtasını qoyub üstündə şahmat oynadılar. Hüseyin b. Əlini, atasını (imam Əli a.s-ı) və cəddini (Rəsulullah s.a.a-i) məsxərə edirdilər. Şahmatda qalib gəldikcə şərab badəsindən 3 qurtum içir, geri qalanını isə Hüseyin a.s-ın kəsilmiş başının olduğu ləyənin yanına tökürdü. elə isə, bizim Şiələrimiz şərab içməməli və şahmat oynamamalıdırlar. Şərab və Şahmatı gördükdə Hüseyin a.s-ı xatırlayan, Yezid və ailəsinə lənət edən şəxsin günahları ulduzların sayı qədər olsa da Allah bağışlayar."

Şeyx Səduq r.a, "Fəqih", 4/309, Nadirlər babı, hədis 5915


bu hədisi Şeyx Səduq r.a həmçinin özünün "Uyunu əxbar ər-Rıza a.s", 2/25, bab 30, hədis 50-də eyni sənəd ilə rəvayət etmişdir. Əli b. Muhəmməd b. Quteybə istisna olmaqla hədisin sənədindəki ravilər siqa (güvənilir)-dirlər. Əli b. Muhəmməd b. Quteybə isə məhd edilmişdir ki, bu halda hədisin sənədi həsən dərəcəsində olacaqdır. əgər Fəzl b. Şazanın imam Rıza a.s-ın əshabından olmadığına görə hədisin mürsəl olduğu iddia edilərsə buna cavabımız belədir ki, Fəzl b. Şazan r.a imam Rıza a.s-ın əshabındandır və imam a.s-dan eşitməyi sabitdir, bax: http://www.velayet.c...p?topic=24589.0

qeyd: inşaAllah tezliklə imam Hüseyin a.s-ın şəhadəti haqqında şiə mənbəli səhih hədislərə əsaslanan bir məqalə olacaq.



#99809 Nəbi s.a.a və Hz. Fatimə s.a haqqındaki bir şübhəyə cavab

Написано Elmeddin 21 октября 2013 - 19:01

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

bu günlərdə nasibi firqəsinin səfeh mənsubları müsəlmanlar r.a haqqında yeni şübhələr orataya atıblar. bu şübhələri müsəlmanların Peyğəmbəri Hz. Muhəmməd s.a.a və peyğəmbərin qızı Hz. Fatimə s.a haqqındadır. şübhəni ortaya atan səfeh deyir:


وعن جعفر بن محمد عليهما السلام كان النبي لاينام ليلته حتى يضع وجهه بين ثديي فاطمة عليها السلام
Cəfər ibn Mühəmməd (a.s) rəvayət edir ki Nəbi (s.a.s) yatmamişdan əvvəl Fatimə(a.s) döşlərinin arasina üzünü qoyardi .

bihaur ənvar 43.55


bu şübhə nasibi bazarlarında çox uzun müddət öncə tədavülə girmişdir. bizim milli nasibilərin bu günə qədər bu və bu kimi şübhələrdən bixəbər olmağı çox pis bir haldır. çünkü onların ortaya atdıqları bütün bu şübhələr özləri bilməsə belə İslama/Şiəliyə və müsəlmanlara/Şiələrə xidmət etməkdir. odur ki, biz belə şübhələrin milli nasibilərimiz tərəfindən paylaşılmağını həddən artıq çox arzu edirik.

nasibi bazarında tədavülə irən bu şübhəyə 2 il bundan qabaq ərəb dilli İslami forumlarda cavab verilmişdir. məsələ biz burada 10.18.2011 tarixində cavab vermiş "Kitab bila Ünvan (ünvansız kitab)" nicki ilə yazan qardaşımızın cavabını təqdim edirik: http://www.saifoali....ead.php?p=99952

burada verəcəyimiz bu cavab 2 hissədən ibarət olacaq. öncəliklə isbat edəcəyik ki, bu rəvayət Şiələr əleyhinə dəlil deyildir çünkü Şiə hədis kitablarına nasibi mənbələrindən keçmişdir. daha sonra isə bu rəvayətin nasibi məbələrində səhih olduğunu göstərəcəyik. cavabımızın 2-ci hissəsi "Kitab bila Ünvan (ünvansız kitab)" qardaşın yazısından götürüləcəkdir. indi isə keçək əsas məsələyə...

1. Şiə mənbələrində hədisin qeyri mötəbər olmağı: nasibilərin mənbə olaraq göstərdikləri "Biharul Ənvar" kitabında rəvayət "Kəşful Ğümmə" kitabından gətirilmişdir. Məclisi r.a "Kəşful Ğümmə"dən olan rəvayətlərə 43/51-də başlayaraq deyir:



48 - كشف الغمة:
48- "Kəşful Ğümmə" kitabından.


Məclisi r.a bu kitabdan bir neçə rəvayət qeyd edir. və nəhayət səhifə 54-55-də deyir:



ونقلت من كتاب لأبي إسحاق الثعلبي
Əbu İshaq əs-Sələbinin kitabından nəql olunanlar.

وعن حذيفة كان رسول الله (صلى الله عليه وآله) لا ينام حتى يقبل عرض وجنة فاطمة (عليها السلام) أو بين ثدييها
və Huzeyfədən, dedi: "Rəsulullah s.a.a üzünü Fatimə s.a-ın üzünə və ya döşlərinə söykəmədən yatmazdı."

وعن جعفر بن محمد (عليهما السلام) كان النبي لا ينام ليلته حتى يضع وجهه بين ثديي فاطمة (عليها السلام)
və Cəfər b. Muhəmməd (imam Cəfər əs-Sadiq a.s)-dan, dedi: "Nəbi s.a.a mübarək üzünü Fatimə s.a-ın döşləri arasına qoymadan yatmazdı."

Əllamə Məclisi r.a, "Biharul Ənvar", 43/54-55


daha dəqiq olsun deyə türklər demiş hep birlikdə "Kəşful Ğümmə" kitabına, 2-ci cild, 95-ci səhifəyə nəzər salaq. kitabın müəllifi İrbili r.a deyir:

ونقلت من كتاب لأبي إسحاق الثعلبي
Əbu İshaq əs-Sələbinin kitabından nəql olunanlar.

وعن حذيفة كان رسول الله (صلى الله عليه وآله) لا ينام حتى يقبل عرض وجنة فاطمة (عليها السلام) أو بين ثدييها
və Huzeyfədən, dedi: "Rəsulullah s.a.a üzünü Fatimə s.a-ın üzünə və ya döşlərinə söykəmədən yatmazdı."

وعن جعفر بن محمد (عليهما السلام) كان النبي لا ينام ليلته حتى يضع وجهه بين ثديي فاطمة (عليها السلام)
və Cəfər b. Muhəmməd (imam Cəfər əs-Sadiq a.s)-dan, dedi: "Nəbi s.a.a üzünü Fatimə s.a-ın döşləri arasına qoymadan yatmazdı."

İrbili r.a, "Kəşful Ğümmə", 2/95


deməli, rəvayəti əs-Sələbi öz kitabında qeyd etmişdir --> bundan sonra Əhli Beyt a.s-ın fəziləti haqqında hədisləri toplamağa çalışan Şeyx İrbili r.a bunu özünün "Kəşful Ğümmə" kitabına daxil etmişdir --> və nəhayət bütün Şiə kitablarını cəm etməyi özünə məqsəd seçən Məclisi r.a İrbilinin "Kəşful Ğümmə" kitabındakiləri özünün "Biharul Ənvar" kitabına daxil etmişdir. yəni uzun sözün qısası rəvayət əhli nəvasib vəl-cəmat mənbəsindəndir. bilməyənlər üçün qeyd edim ki, Əbu İshaq əs-Sələbi nasibilərin təfsir imamlarındandır, kitabı "Təfsir əs-Sələbi" adı ilə məşhudur. yəni qısacası hər 2 rəvayətə bir quş.

2. rəvayətin əslinin nasibi kitablarında olmağı: yuxarıda göstərdik ki, şiə kitablarına istinad verilən bu rəvayət şiə kitablarına əhli nəvasib vəl-cəmatdan keçmişdir. indi isə nasibilərin öz mənbələrindən bu hədisi gətiririk. nasibi alimlərindən xarəzmi deyir:


1.jpg

şəkildə gördüyünüz sünnü alim xətib xarəzminin "Maqtəlul Hüseyin" adlı kitabıdır, işarələdiyim yerdə deyilir:



وأخبرنا أبوالفتح ابن عبدالله كتابة ، أخبرنا أبوالفضل بن عبدان ، أخبرنا علي بن الحسن الرازي ، أخبرنا أحمد بن محمد ، أخبرنا عباد بن يعقوب ، أخبرنا يحيى بن سالم ، عن إسرائيل ، عن ميسرة بن حبيب ، عن المنهال بن عمرو ، عن حذيفة قال : كان رسول الله (صلى الله عليه وآله وسلم) لا ينام حتّى يقبّل عرض(1) وجه فاطمة وبين ثديها
.....(sənəd silsiləsi)...... Huzeyfədən, dedi: "Rəsulullah s.a.a üzünü Fatimə s.a-ın üzünə və ya döşlərinə söykəmədən yatmazdı."

xarəzmi, "Maqtəlul Hüseyin", səhifə 66


nasibilər birdən durub deyərlər ki, bəs ay dad ay aman bəs xarəzmi sünnü deyil və s. bunun cavabında deyirik ki, əz-Zərkəli xarəzmi haqqında deyib:

موفق الدين البغدادي = عبد اللطيف بن يوسف الموفق المكي (484 ؟ - 568 ه = 1091 - 1172 م) الموفق بن أحمد المكى الخوارزمي،
أبو المؤيد: مؤلف (مناقب الامام الاعظم أبى حنيفة - ط) و (مناقب أمير المؤمنين على بن أبى طالب - ط).
كان فقيها أديبا، له خطب وشعر.
أصله من مكة.
əl-xarəzmi, "imami əzəm Əbu Hənifə" və "Mənaqib Əmirəl Möminin Əli b. Əbu Talib" kitablarının müəllifi. fəqih və ədibdir, onun xütbə və şeirləri vardır, əslən Məkkəlidir.

əz-Zərkəli, "əl-Aləm", 7/333


iddia olunsa ki, bəs rəvayət zəifdi, cavabında deyirik ki, yox rəvayət sünnü standartlara görə səhihdir, bütün raviləri də siqa (güvənilir)-dir.

vəlhəmdulillahi Rabbil aləmin.



#99658 imamsız ölən cahiliyyə ölümü üzrə ölmüşdür.

Написано Elmeddin 21 сентября 2013 - 16:23

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

imamət inancı müsəlmanların əqidəsinin bir hissəsini təşkil etməkdədir, eynilə nübuvvət və məad inancları kimi. Və digər əqidəvi mövzular kimi imamət mövzusu da həm Quran və həm də Rəsulullah s.a.a-in sünnəti ilə sabitdir. Keçən yazılarımızda Quranda imamət üzrə bir məqalə paylaşmışdıq, inşəAllah bu yazımızda isə imamətin əqidəvi bir mövzu olduğu və imamı tanımanın necə bir mühüm mövzu olduğuna dair Rəsulullah s.a.a-in sünnətindən dəlili sizlərlə paylaşacağıq. Bu dəlil Rəsulullah s.a.a-dan mütəvatir olaraq rəvayət edilən "imamı tanımadan ölən, cahiliyyə ölümü üzrə ölmüşdür" hədisidir ki, bu hədis Şiə və Sünni mənbələrində müxtəlif səhih sənədlərlə rəvayət edilmişdir. inşəAllah yazımızda hədisi Şiə və Sünni mənbələrdən sənədli bir şəkildə paylaşacağıq.

1. Şiə mənbələrində: Şiə üləmadan Bərqi, Himyəri, Səffar və Kuleyni kimi mühəddislər başda olmaqla bir çox alim bu hədisi öz kitablarında müxtəlif sənədlərlə məsumlar a.s-dan rəvayət etmişdirlər.

Hz. Cavad və Hz. Təqi a.s-ın əshabından olan Bərqi r.a (vəfatı hicri 274) "Məhasin" kitabında bu mövzuda bir bab (başlıq) açmış və bab altında bir çox hədis rəvayət etmişdir. Bərqi r.a deyir ki:



باب من مات لا يعرف إمامه
imamını tanımdadan ölən kimsə babı


عنه، عن ابن فضال، عن حماد بن عثمان، عن أبي اليسع عيسى بن السرى، قال: قال أبو عبد الله عليه السلام. ان الأرض لا تصلح الا بالإمام، ومن مات لا يعرف إمامه مات ميتة جاهلية
İbni Fəddal mənə Həmmad b. Osmandan, o da İsa b. Sirridən rəvayət etdi, dedi: Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s) dedi: "yer üzü imamsız islah olmaz və kim imamı tanımadan ölərsə cahilliyə ölümü ilə ölmüşdür."

عنه، عن أبيه، عن النضر، عن يحيى الحلبي، عن حسين بن أبي العلاء، قال: سألت أبا عبد الله عليه السلام عن قول رسول الله صلى الله عليه وآله: ” من مات ليس له إمام مات ميتة جاهلية ” فقال: نعم، لو أن الناس تبعوا علي بن الحسين عليهما السلام وتركوا عبد الملك بن مروان اهتدوا، فقلنا: من مات لا يعرف إمامه مات ميتة جاهلية، ميتة كفر؟ – فقال: لا، ميتة ضلال
atam mənə Nadr b. Süveyddən, o da Yəhya əl-Hələbidən, o da Hüseyn b. Əbu Əladan rəvayət etdi, dedi: Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-dan Rəsulullah s.a.a-in "bir imamı olmadan ölən kimsə, cahiliyyə ölümü ilə ölmüşdür." sözü haqqında soruşdum, imam a.s dedi ki: "bəli."

عنه، عن النضر، عن يحيى، عن أيوب بن الحر قال: سمعت أبا عبد الله عليه السلام يقول: قال أبي: من مات ليس له إمام مات ميتة جاهلية
Nadr b. Süveyd mənə Yəhyadan, o da Əyyub b. Hürrdən rəvayət etdi, dedi: Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-ın belə dediyini eşitdim: atam (imam Muhəmməd əl-Baqir a.s) dedi ki: "bir imamı olmadan ölən kimsə, cahiliyyə ölümü ilə ölmüşdür."

عنه، عن محمد بن علي، عن علي بن النعمان النخعي، قال حدثني الحارث بن المغيرة النضري قال: سمعت عثمان بن المغيرة يقول: حدثني الصادق، عن علي عليهما السلام قال: قال رسول الله صلى الله عليه وآله: من مات بغير إمام جماعة مات ميتة جاهلية، قال الحارث بن المغيرة: فلقيت جعفر بن محمد عليهما السلام، فقال: نعم، قلنا: – فمات ميتة جاهلية؟ – قال: ميتة كفر وضلال ونفاق
Məhəmməd b. Əli mənə Əli b. Nöman əl-Cufidən rəvayət etdi, dedi: Mənə Haris b. Muğirə ən-Nadri rəvayət etdi, dedi: Haris b. Muğirənin belə dediyini eşitdim: imam Sadiq mənə Əli a.s-dan rəvayət etdi, dedi: Rəsulullah s.a.a. dedi: "bir imamı olmadan ölən kimsə, cahiliyyə ölümü ilə ölmüşdür." Cəfər b. Məhəmməd (imam Cəfər əs-Sadiq a.s)-a dedim: "cahiliyyə ölümü nə deməkdir?" imam a.s dedi: "cahillikdən məqsəd küfür, nifaq və azğınlıqdır."

عنه، عن ابن محبوب، عن عبد الله بن غالب، عن جابر بن يزيد الجعفي، عن أبي جعفر عليه السلام قال: لما أنزلت. ” يوم ندعو كل أناس بإمامهم ” قال المسلمون: يا رسول الله ألست إمام الناس كلهم أجمعين؟ – فقال رسول الله صلى الله عليه وآله: أنا رسول الله إلى الناس أجمعين ولكن سيكون بعدي أئمة على الناس من أهل بيتي من الله، يقومون في الناس فيكذبونهم ويظلمونهم أئمة الكفر والضلال وأشياعهم، ألا فمن والاهم واتبعهم وصدقهم فهو مني ومعي وسيلقاني، ألا ومن ظلمهم وأعان على ظلمهم وكذبهم فليس مني ولا معي وأنا منه برئ
İbni Məhbub mənə Abdullah b. Qalibdən, o Cabir b. Yezid əl-Cufidən, oda Əbu Cəfər (imam Muhəmməd əl-Baqir a.s)-dan rəvayət etdi, dedi: "Bütün insanları öz imamıyla çağırdığımız gün." (İsra, 71) ayəsi nazil olduğu zaman müsəlmanlar dedilər ki: "ya Rəsulallah, sən bütün insanların imamı deyilsən?" Rəsulullah s.a.a dedi: "mən, Allah tərəfindən bütün insanlara göndərilmiş bir elçiyəm; ancaq məndən sonra Allah tərəfindən mənim Əhli Beytimdən, insanlara imamlar göndəriləcəkdir. Bunlar, insanlar arasında ortaya çıxacaqlar. İnsanlar tərəfindən yalanlanacaqlar. Küfrün və azğınlığın öndərləri və onların tərəfdarları, onlara haqsızlıq edəcəklər. Kim Əhli Beyt imamlarını vəli kimi qəbul etsə, onlara tabe olsa, onları doğrulasa, o məndəndir, mənimlə bərabərdir və mənimlə qarşılaşacaqdır. Xəbəriniz olsun! Kim onlara haqsızlıq etsə, onları yalanlasa, o məndən deyildir, mənimlə bərabər olmaz və mən ondan uzağam."

Bərqi r.a, "Məhasin", 1/153-156, hədis 78-85


burada Bərqi r.a-in "Məhasin" kitabından yazdığımız hədislərin hamsının raviləri siqa (güvənilən) və isnadları müttəsildir. İlk hədis olan İsa b. Sirrinin imam Cəfər əs-Sadiq a.s-dan rəvayət etdiyi hədisi Şeyx Səduq r.a "Səvabul Aməl", səhifə 205-də Həmmad b. Osmana qədər müxtəlif bir sənəd ilə ondan sonar isə eyni ravilər vasitəsilə imam Cəfər əs-Sadiq a.s-dan rəvayət etmişdir; dördüncü Haris b. Muğirənin imam Cəfər əs-Sadiq a.s-dan rəvayət etdiyi hədisi Siqatul İslam (İslamın güvənci) Kuleyni "əl-Kafi", 1/235, Huccət kitabı, 87-ci bab, hədis 3-də tamamilə müxtəlif bir sənəd ilə Haris b. Muğirədən, o da imam Cəfər əs-Sadiq a.s-dan rəvayət etmişdir. "Məhasin" kitabında hədisin sənədi səhih olduğu kimi "əl-Kafi"də də hədisin sənədi səhihdir. Şeyxul İslam bu hədis haqqında "əl-Kafi" şərhində deyib:



الحديث الثالث: صحيح
3-cü hədis: səhih

II Məclisi r.a, "Miratul Uqul", 4/220


Beşinci Cabir əl-Cufinin imam Baqir a.s-dan rəvayət etdiyi hədisi yenə Siqatul İslam (İslamın güvənci) Kuleyni r.a, "əl-Kafi", 1/128, Huccət kitabı, 25-ci bab, hədis 1-də Bərqi r.a-dan eyni sənəd ilə rəvayət etmişdir. Şeyxul İslam "əl-Kafi" şərhində bu hədis haqqında deyib:

الحديث الأول: صحيح
1-ci hədis: səhih

II Məclisi r.a, "Miratul Uqul", 2/442



imami tanima-saffar.jpg imami tanima-saffar1.jpg

rəsimdə gördüyümüz imam Həsən əl-Əskəri a.s-ın səhabəsi Məhəmməd b. Həsən əs-Səffar r.a-ın "Bəsair əd-Dəracat" adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:



حدثنا يعقوب بن يزيد عن ابن أبي عمير عن منصور عن فضيل الأعور عن أبي عبيدة الحذاء قال كنا زمان أبي جعفر ع حين قبض ع نتردد كالغنم لا راعي لها فلقينا سالم بن أبي حفصة فقال يا أبا عبيدة من إمامك قلت أئمتي من آل محمد فقال هلكت و أهلكت أما سمعته و أنت معي أبا جعفر و هو يقول من مات و ليس عليه إمام مات ميتة جاهلية أ ما تعرف أنه قد خلف ولده جعفرا إماما على الأمة قلت بلى لعمري قد رزقني الله المعرفة قال فقلت لأبي عبد الله ع بعد ما لقيته إن سالم بن أبي حفصة قال لي كذا و كذا قال لي يا أبا عبيدة أما علمت أنه لم يمت منا ميت حتى يخلف من بعده من يعمل مثل عمله و يسير بمثل سيرته و يدعو لي مثل الذي دعا إليه يا أبا عبيدة إنه لم يمنع ما أعطي داود أن أعطي سليمان قال ثم قال يا أبا عبيدة إنه إذا قام قائم آل محمد ص حكم بحكم آل داود و كان سليمان لا يسأل الناس بينة
Yəqub b. Yezid mənə İbni Əbu Umeyrdən, o Mənsurdan, o Fudeyl əl-Avərdən, o da Əbu Ubeydə əl-Xuzayidən rəvayət etdi, ded: Əbu Cəfər (imam Məhəmməd əl-Baqir a.s)-ın zamanında vəfat etdiyi sırada çobansız sürü kimi sağa sola gedib gəlirdik. Bu sırada Salim b. Əbu Həfsə ilə qarşılaşdıq. Mənə dedi: "ey Əbu Ubeydə! Sənin imamın kimdir?" dedim: "imamlarım, Məhəmməd s.a.a-in Əhli Beytidir." Dedi: "Həlak oldun və başqalarını da həlak etdin. Mən və sən, birlikdə Əbu Cəfər (imam Məhəmməd əl-Baqir a.s)-ın "Bir imamı olmadan ölən kimsə, cahiliyyə ölümü ilə ölmüşdür." dediyini eşitmədikmi?" dedim: "Ömrümə andolsun ki, doğrudur." Bundan üç gün və ya buna yaxın bir vaxt sonra Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-ın yanına getmişdim. Allah, onu tanımamı nəsib etdi. Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-a dedim: "Salim mənə belə-belə dedi." imam a.s dedi: "Ey Əbu Ubeydə! Bizdən birisi, özündən sonra yerinə keçib özünün əməlinin eynisini yerinə gətirəcək, onun hərəkət tərzini izləyəcək, onun çağırdığı ilkələrə insanları çağıracaq birini buraxmadan ölməz. Ey Əbu Ubeydə! Məhəmməd s.a.a-in soyundan bir imam qalxdığı və Davud və Süleyman a.s-ın hökmülə hökm etdiyi zaman, ondan qətiyyən dəlil istənilməz."

Səffar r.a, "Bəsair əd-Dəracat", 5/295, 15-ci bab, hədis 5


Hədisi Siqatul İslam (İslamın güvənci) Kuleyni r.a "əl-Kafi", 1/249, Huccət kitabı, 99-cu bab, hədis 1-də İbni Əbu Umeyrə qədər öz sənədi ilə ondan sonar da yuxarıdakı ravilər vasitəsilə rəvayət edilmişdir. Həm Səffarın və həm də Kuleyninin r.a sənədində olan bütün ravilər siqa (güvənilən) və isnadları müttəsildir. Şeyxul İslam Əllamə II Məclisi r.a "əl-Kafi" şərhində hədis haqqında deyib:



الحديث الأول: حسن أو موثق
1-ci hədis: həsən vəya müvəssəq

II Məclisi r.a, "Miratul Uqul", 4/298



imami tanima-kuleyni.jpg imami tanima-kuleyni1.jpg

rəsimdə gördüyünüz Sünni və Şiələr tərəfindən güvənilirliyi xüsusunda ittifaq edilmiş olan Siqatul İslam (İslamın güvənci) Kuleyni r.a-ın "əl-Kafi" kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

علي بن إبراهيم، عن محمد بن عيسى، عن يونس بن عبدالرحمن قال: حدثنا حماد، عن عبدالاعلى قال: سألت أبا عبدالله (عليه السلام) عن قول العامة: إن رسول الله (صلى الله عليه وآله) قال: من مات وليس له إمام مات ميتة جاهلية، فقال: الحق و الله
Əli b. İbrahim mənə Məhəmməd b. İsadan, o da Yunus b. Əbdürrəhmandan rəvayət etdi, dedi: Həmmad mənə Əbduləladan rəvayət etdi, dedi: Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-a, Ammə (sünnilər)-in "Rəsulullah s.a.a: "bir imamı olmadan ölən kimsə, cahiliyyə ölümü ilə ölmüşdür." buyurub" sözü haqqında soruşdum, imam a.s dedi: "Allah’a and içirəm ki, doğru söyləyirlər."

Kuleyni r.a, 1/236, Huccət kitabı, 89-cu bab, hədis 2


Hədisin sənədində olan bütün ravilər siqa (güvənilən) və isnadı müttəsildir. Şeyxul İslam "əl-Kafi" şərhində hədis haqqında deyir ki:

الحديث الثاني: حسن على الظاهر
2-ci hədis: zahirə görə həsən

II Məclisi r.a, "Miratul Uqul", 4/229



imami tanima-ibni babaveyh.gif

rəsimdə gördüyünüz Şeyx Əli b. Bəbaveyh əl-Qummi (I Səduq) r.a-in "əl-İmamə vət-Təbsira" adlı kitabıdır, işarələdiyimiz yerdə bu ifadələr var:

الحذاء قال : سمعت أبا جعفر عليه‌السلام ، يقول : من مات لا يعرف إمامه ، مات ميتة جاهلية كفر ونفاق وضلال
Əbu Cəfər (imam Muhəmməd əl-Baqir a.s)-ın belə dediyini eşitdim: "imamı tanımadan ölən kimsə cahiliyyə ölümü ilə, küfür, nifaq və dəlalət ölümü ilə ölmüşdür."

Əli b. Hüseyn b. Bəbaveyh əl-Qummi r.a, "əl-İmamə vət-Təbsira", səhifə 82, hədis 69


hədisin raviləri siqa (güvənilir) isnad isə muttəsildir, hədis səhihdir.


imami tanima-saduk.jpg imami tanima-saduk1.jpg imami tanima-saduk2.jpg

rəsimdə gördüyünüz Şeyx Səduq r.a-ın "Uyunu əxbar ər-Rza a.s" adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

حدثنا عبد الواحد بن محمد بن عبدوس النيسابوري العطار رضي الله عنه بنيسابور في شعبان سنة اثنتين و خمسين و ثلاثمائة قال حدثنا علي بن محمد بن قتيبة النيسابوري عن الفضل بن شاذان قال سأل المأمون علي بن موسى الرضا (ع) أن يكتب له محض الإسلام على سبيل الإيجاز و الاختصار فكتب (ع) له
و من مات و لم يعرفهم مات ميتة جاهلية
mənə Abdulvahid b. Məhəmməd b. Abdus ən-Nişapuri əl-Əttar r.a rəvayət etdi, dedi: Əli b. Məhəmməd b. Quteybə ən-Nişapuri mənə Fəzl b. Şazandan rəvayət etdi, dedi: Məmun, Əli b. Musa ər-Rza a.s-dan özü üçün qısa bir şəkildə xalis İslamı yazmağını istədi. Bunun görə imam a.s ona belə yazdı: "Kim onları (imamlar a.s-ı) tanımadan ölərsə cahiliyyət ölümüylə ölmüşdür."

Şeyx Səduq r.a, "Uyunu Əxbar ər-Rza a.s", 2/129-130, hədis 1


Bu hədisin də sənədindəki bütün ravilər siqa (güvənilən), mədh edilmiş və isnadı müttəsildir. Seyyid Xomeyni r.a bu hədis haqqında deyib:

وهو طريق حسن بل صحيح
bə bu tariq (sənəd yolu) həsən, hətda səhihdir.

Seyyid Xomeyni, "Məqasib əl-Muhərrəmə", 2/55



imami tanima-kemaliddin.jpg imami tanima-kemaliddin1.jpg imami tanima-kemaliddin2.jpg

Rəsimdə gördüyünüz Şeyx Səduq r.a-ın "Kəmaluddin" adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

حدثنا محمد بن إبراهيم بن إسحاق رضي الله عنه قال : حدثني أبو علي بن همام قال : سمعت محمد بن عثمان العمري ـ قدس الله روحه ـ يقول : سمعت أبي يقول : سئل أبو محمد الحسن بن علي عليهما السلام وأنا عنده عن الخبر الذي روي عن آبائه عليهم السلام : أن الارض لا تخلو من حجة لله على خلقه إلي يوم القيامة وأن من مات ولم يعرف إمام زمانه مات ميتة جاهلية فقال عليه السلام : إن هذا حق كما أن النهار حق، فقيل له : يا ابن رسول الله فمن الحجة والامام بعدك ؟ فقال ابني محمد ، هو الامام والحجة بعدي ، من مات ولم يعرفه مات ميتة جاهلية . أما إن له غيبة يحار فيها الجاهلون ، ويهلك فيها المبطلون ، ويكذب فيها الوقاتون ، ثم يخرج فكأني أنظر إلى الاعلام البيض تخفق فوق رأسه بنجف الكوفة
Mənə Məhəmməd b. İbrahim b. İshaq r.a rəvayət etdi, dedi: Mənə Əbu Əli b. Hümmam rəvayət etdi, dedi: Məhəmməd b. Osman əl-Amrinin belə dediyini eşitdim: mən Əbu Məhəmməd (imam Həsən əl-Əskəri a.s)-ın yanında olduğum zaman ona atalarından a.s. rəvayət edilən "yer üzü Qiyamət gününə qədər heç bir zaman Allahın höccətindən uzaq qalmaz və kim zamanının imamını tanımadan ölərsə o cahiliyyə ölümü üzərə ölmüşdür." hədisi soruşuldu, imam a.s dedi: "bu gündüzün haqq olduğu kimi haqdır." imam a.s-a deyildi: "ey Rəsulullah s.a.a-in oğlu! Səndən sonar höccət və imam kimdir?" imam a.s dedi: "oğlum Məhəmməd və o imam və Allah’ın qullarına höccətdir. Kim onu tanımadan ölərsə cahiliyyə ölümü üzərə ölmüşdür."

Şeyx Səduq r.a, "Kəmaluddin", səhifə 376, hədis 9


hədisi Həzzaz əl-Qummi "Kifayətul Əsər", səhifə 296-da öz şeyxi Əbu Müfəzzəldən, o da yuxarıdakı ravilər vasitəsilə rəvayət etmişdir. Həzzaz əl-Qumminin sənədində şeyxi Əbu Müfəzzəl zəifdir, lakin Şeyx Səduqun bütün raviləri siqa (güvənilən) və isnadı da müttəsildir.

2. Sünnü mənbələrində: Sünnü alimlərdən Əhməd, Təbərani, Əbu Nuaym kimi mühəddislər başda olmaqla bir çoxu bu hədisi müxtəlif sənədlərlə Rəsulullah s.a.a-dən rəvayət etmişdirlər.


imami tanima-taberani.jpg imami tanima-taberani1.jpg

rəsimdə gördüyünüz sünnü hədis alimlərindən Təbəraninin "Mucəm əl-Kəbir" adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

حدثنا إبراهيم بن محمد بن عرق الحمصي ثنا عبد الوهاب بن الضحاك ثناإسماعيل بن عياش عن ضمضم بن زرعة عن شريح بن عبيد عن معاوية قال قال رسول الله صلى الله عليه وسلم من مات بغير إمام مات ميتة جاهلية
Mənə İbrahim b. Məhəmməd rəvayət etdi, dedi: Mənə Əbdülvəhhab b. Dəhhaq rəvayət etdi, dedi: İsmayıl b. Əyyaş mənə b. Zuradan, o Şurəyh b. Ubeyddən, o da Muaviyədən rəvayət etdi, dedi: Rəsulullah s.a.a dedi: "imamı olmadan ölən kimsə cahiliyyə ölümü üzrə ölmüşdür."

Təbərani, "Mucəm əl-Kəbir", 19/388, hədis 910


Hədisi Əhməd b. Hənbəl "Müsnəd", 4/96, hədis 16922-də; Əbu Yəla Məvsili "Müsnəd", 13/366, hədis 7375-də dəyişik bir isnad ilə Muaviyədən rəvayət etmişdir. Təbəraninin hədisinin sənədindəki Əbdülvəhhab b. Dəhhaq mətrukdur lakin Əhməd və Əbu Yalənin sənədində yer alan ravilər siqa (güvənilən) və isnad da müttəsildir. "Müsnədi Əhməd"in mühəqqiqi Şeyx Şuayb əl-Arnaut hədis haqqında deyir:

تعليق شعيب الأرنؤوط : حديث صحيح لغيره وهذا إسناد حسن
Hədis səhihul liğeyridir və bu isnad da həsəndir.


Əhməd b. Hənbəl, "Müsnəd", 4/96, hədis 16922


yenə nasibilərin son dövr mühəddislərindən olan əl-Əlbani hədis haqqında deyir:

حسن
həsən


əl-Əlbani, "Zilal Cənnə", 2/246, hədis 1057


imami tanima-tayalisi.jpg imami tanima-tayalisi1.jpg

rəsimdə gördüyünüz sünni mühəddislərdən Əbu Davud Təyalisinin "Müsnəd" adlı kitabıdır, işarələdiyimiz yerdə bu ifadələr var:

حَدَّثَنَا خَارِجَةُ بْنُ مُصْعَبٍ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ : ” مَنْ مَاتَ بِغَيْرِ إِمَامٍ مَاتَ مِيتَةً جَاهِلِيَّةً ، وَمَنْ نَزَعَ يَدًا مِنْ طَاعَةٍ جَاءَ يَوْمَ الْقِيَامَةِ لا حُجَّةَ لَهُ
İbni Musab mənə Zeyd b. Əsləm’dən, o da İbni Ömər’dən rəvayət etdi, dedi ki: Nəbi s.a.a-in belə dediyini eşitdim: "imamı olmadan ölən kimsə cahiliyyə ölümü üzrə ölmüşdür."


Kitabın mühəqqiqi Əbdülmuhsin ət-Türki hədisdən sonra deyir ki:

حديث صحيح
Hədis səhih


Əbu Davud Təyalisi, "Müsnədi Əbu Davud", 3/325, hədis 2025


vəlhəmdülillahi Rabbil aləmin.



#99641 Şiə və səhabə | الشيعة والصحابة

Написано Elmeddin 18 сентября 2013 - 08:21

amma Allah həqiqi mənada cəhənnəmin dəhşətinin az bir hissəsini möminin bəsirətində göstərə bilər. yəni vaxt,zamanın dayanmağı göstərilə bilər,və bu dayanmiş(insan anladığı)vaxtda əbədi əzab......

abdhalim, elə isə hədisin mətnində problem harda qaldı? sən özün deyirsən ki (bunu da nəyə əsasən dediyin məlum deyil), Allah c.c cəhənəm əzabının bir hissəsini möminin bəsirətində göstərə bilər. mənim yazdığım hədisdə isə Haris r.a heç "gördüm" və ya "Allah mənə göstərdi" demir, "sanki cəhənnəmliklərin atəşdə inləmələrini izləyirəm." deyir. sən sanki sözünün mənasını ümumən anlayırsan?

bundanda dərin hisslərə ancaq peyğəmbər gedə bilər.... buna Allahın qəzəb sifətidə deyilir ! düzdür sizlər bundan qəflətdəsiz,amma yənədə olsun məndən çatdırmaqdır.indi sual çıxır ki,sizlər Allahın qəzəb sifətini haçandan tanıdız?

inan ki, sən bu əqidə ilə ölsən Allah c.c-ın əzab sifətini tam dəqiqliklə müşahidə edəcəksən. mən bilmirəm, sənin kimi öz tənqidi ilə etiraz etdiyi mətni təsdiqlədiyini bilməyəcək birisi Allah c.c-ın əzab sifətini necə biləcək?

tanisaydın, cəhənnəm əhlinin iniltisini eşidirəm cümləsinə səhih deməzdin.

orda "eşidirəm" sözü yoxdur, "izləyirəm" sözü var və bundan öncə də "sanki" sözü gəlmişdir. əgər sən doğma dilimizdə olan sadə cümlələri alayacaq səviyədə olsaydın özünü belə gülünc hala salmazzdın.

p.s: sənin "elmi bəhslərinlə" bu forum əhli az-çox tanışdır. ona görə xahiş edirəm "elmi bəhslərinlə" mənim açdığım mövzunu zibilxanaya çevirmə.



#99636 imam Rza a.s Muavvəzəteyn (Fələq və Nas surələri)-nin Qurandan olmadığını söy...

Написано Elmeddin 17 сентября 2013 - 11:24

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

nasibi mənbələrində muavvazəteynin Qurandan surələr olmadığı iddiası səhabə ibni Məsud r.a-a nisbət verilmişdir. Abu Sufyan Ordusu qardaşımız formumuzda bu məsələ haqqında bir çox hədisi bizimlə paylaşmışdı. Məhz bu vəziyyət qarşısında bir söz belə deyə bilməyən nasibilər müsəlmanların/şiələrin bu mövzuda etirazlarının qarşısını almaq üçün müsəlmanlara/şiələrə güya öz mənbələrindən dəlillər gətirməyə çalışırlar. Bu dəlillərinə görə imam Əli ər-Rza a.s.da eyni nasibi mənbələrində ibni Məsuddan rəvayət edildiyi kimi "muavvazəteyn Qurandan deyildir." deyir. Nasibilərin ortaya atdığı bu şübhəyə room-alghadeer.net saytında "Talib 313" nicki ilə yazan qardaşımız daha əvvəldən cavab verdiyi üçün burada sadəcə onun cavabını tərcümə edib paylaşacağıq. Talib 313 qardaşın yazısının əsli bu linkdədir: http://www.room-alghadeer.net/vb/showpost.php?p=160848&postcount=2

Nasibilərin bu mövzuda ortaya atdıqları şübhə "Fiqh ər-Rza a.s" adlı kitabdandır, nasibilərin dəlil olaraq təqdim etdikləri mətn belədir:



وأن (المعوذتين) من الرقية، ليستا من القرآن دخلوها في القرآن و قيل: أن جبرئيل عليه السلام علمها رسول الله صلى الله عليه وآله
və muavvizəteyn Qurandan deyil ruqyədir və bunun Rəsulullah s.a.a-ə Cəbrayıl a.s tərəfindən öyrədildiyi söylənmişdir.

"Fiqh ər-Rza", səhifə 113


şübhənin cavabı: Göründüyü kimi Fələq və Nas surələrinin Qurandan surələr deyil də dua olduğu məsələsi "Fiqh ər-Rza a.s" kitabına əsaslanmaqdadır. "Fiqh ər-Rza a.s" kitabı isə üzərində ixtilaf olan bir kitabdır. Kitabı kimin yazmış olduğu məchuldur.

Kitab ilk dəfə Şeyxul İslam I Məclisi r.a dövründə, Qum şəhərində tapılmışdır. Onun kimə aid olduğunu göstərəcək bir tək dəlil yoxdur. Onun I Məclisi dövrünə qədər anılmamış olması, mütəqaddim alimlərimizin onu tanımaması, ondan söz etməməsi, kitabın müəllifinə aid heç bir sənədin olmaması kimi bir çox dəlil onun kimə aid olması məsələsini məchul vəziyyətə salmaqdadır. Şeyx Hürr əl-Amuli, Seyyid Xoyi və Seyyid Muhyiddin əl-Musəvi kimi alimlərimiz bu kitabın müəllifinin məchul olduğunu söyləmişdirlər.

Digər tərəfdən Muavvizəteynin Qurandan surələr olduğu mövzusu imamlarımız a.s-dan nəqlən sabit bir məsələdir ki, inşəAllah indi bu mövzudaki hədislərdən bir neçəsini paylaşacağıq.


muavvazateyn-kuleyni.jpg muavvazateyn-kuleyni1.jpg muavvazateyn-kuleyni2.jpg muavvazateyn-kuleyni3.jpg

şəkildə gördüyünüz Şiə və Sünnilərin güvənilirliyi mövzusunda ittfaq etdikləri Siqatul-İslam (İslamın güvənci) Şeyx Kuleyni r.a-in "əl-Kafi" kitabıdır, işarlədiyimiz yerdə bu ifadələr var:



علي بن إبراهيم، عن أبيه، عن ابن أبي عمير، عن علي بن يقطين قال: سمعت أبا الحسن (عليه السلام) يقول: لا تنزل في القبر وعليك العمامة والقلنسوة ولا الحذاء ولا الطيلسان وحل إزرارك وبذلك سنة رسول الله (صلى الله عليه وآله) جرت وليتعوذ بالله من الشيطان الرجيم وليقرأ فاتحة الكتاب والمعوذتين وقل هو الله أحد وآية الكرسي وإن قدر أن يحسر عن خده ويلصقه بالارض فليفعل وليشهد وليذكر ما يعلم حتى ينتهي إلى صاحبه
Əli b. İbrahim mənə atasından, o ibni Əbu Umeyrdən, o da Əli b. Yəqtindən rəvayət etdi, dedi: Əbul Həsən (imam Əli ər-Rza a.s)-ın belə dediyini eşitdim: "Üzərində əmmamə, külah olduğu halda məzara en, şal və ayaqqabıyla deyil və izarını həll et. Rəsulullah s.a.a-in sünnəti bu şəkildə cərəyan etmişdir. Qovulmuş Şeytandan Allahu Təalaya sığın, Fatihəni və Muavvizəteyn və İxlas surələrini, Ayətul-Kürsini oxu. Alnını açıb da yerə yapşdırma vəziyyəti gerçəkləşərsə bu edilsin, şəhadət gətirilsin. Sahibində sonlandığı bilinincəyə qədər anılsın."

Kuleyni r.a, "əl-Kafi", 3/109, Cənazələr kitabı, 62-ci bab, hədis 2 (4543)

محمد بن يحيى، عن محمد بن الحسين، عن ابن أبي نجران، عن صفوان الجمال قال : صلى بنا أبو عبد الله (عليه السلام) المغرب فقرأ بالمعوذتين في الركعتين
Məhəmməd b. Yəhya mənə Məhəmməd b. Hüseyndən, o İbni Əbu Nəcrandan, o Səfvan əl-Cəmmaldan rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s) ilə Məğrib namazını qıldım, ilk 2 rükətdə muavvizəteyni oxudu.

محمد بن يحيى، عن أحمد بن محمد، عن علي بن الحكم، عن سيف بن عميرة، عن داود بن فرقد، عن صابر مولى بسام قال: أمنا أبو عبدالله (عليه السلام) في صلاة المغرب فقرأ المعوذتين ثم قال: هما من القرآن
Məhəmməd b. Yəhya mənə Əhməd b. Məhəmməddən, o Əli b. Həkəmdən, o Seyf b. Umeyrədən, o Davud b. Fərkaddan, o da Basimin köləsi Sabirdən rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s) axşam namazında bizə imamlıq etdi. Muavvizəteyn surələrini oxudu, namaz bitdikdən sonra dedi ki: "bu iki surə Qurandandır."

Kuleyni r.a, "əl-Kafi", 3/176-178, Namaz kitabı, 21-ci bab, hədis 8 (5006) və 26 (5025)


Burada təqdim etdiyimiz hədislərin raviləri güvənilən və isnadları müttəsildir. Belə ki, Şeyxul-İslam II Məclisi də “əl-Kafi” şərhində hədislərin mötəbər olduğunu söyləmişdir: II Məclisi r.ə., "Miratul Uqul", 14/8515/108

Əhli-Beyt imamları a.s-dan bu mövzuda daha bir çox səhih hədis rəvayət edilmişdir. Belə ki, Əllamə Seyyid Təbatəbai r.a bu mövzuda deyir ki:


muavvazateyn-tabtabai.jpg muavvazateyn-tabtabai1.jpg

şəkildə gördüyünüz Əllamə Seyyid Təbatəbai r.a-ın "əl-Mizan" təfsiridir, işarələdiyimiz yerdə bu ifadələr var:

وتواترت النصوص من ائمه اهل البيت عليهم السلام على انهما سورتان من القران
Onların (Fələq və Nas surələrinin) Qurandan olması mövzusu Əhli Beyt imamları a.s-dan mütəvatir olaraq sabitdir.

Əllamə Seyyid Təbatəbai r.a, "əl-Mizan fi Təfsiril-Quran", 12/124


Vəlhəmdülillahi Rabbil aləmin



#99635 Şiə və səhabə | الشيعة والصحابة

Написано Elmeddin 17 сентября 2013 - 08:08

Haris b. Malik əl-Ənsari və Şiə nəzərindəki məqamı:

1.haqqında ümumi məlumat: Rical kitablarımızda bu şəxsin Rəsulullah s.a.a-in və ya digər məsumların səhabələrindən olduğu qeyd olunmayıb. Lakin imamlarımız a.s-dan onun fəziləti haqqında rəvayət edilən hədis onun Rəsulullah s.a.a-in səhabələrindən olduğunu və Onun s.a.a dövründə şəhid olduğunu göstərir.

2. İmamlar a.s-ın onun haqqındakı sözləri: imamlarımız a.s-dan onun haqqında rəvayət edilən bir hədis vardır ki, bu hədis tək başına onun ucalığını göstərmək üçün kifayətdir. Bu hədisi Kuleyni r.a "əl-Kafi" də belə rəvayət etmişdir:



محمد بن يحيى : عن أحمد بن محمد ، عن محمد بن سنان ، عن عبد الله بن مسكان ، عن أبي بصير ، عن أبي عبد الله عليه السلام قال : استقبل رسول الله صلى الله عليه وآله حارثة بن مالك بن النعمان الأنصاري فقال له : كيف أنت يا حارثة بن مالك ؟ فقال : يا رسول الله مؤمن حقا ، فقال له رسول الله صلى الله عليه وآله : لكل شئ حقيقة فما حقيقة قولك ؟ فقال : يا رسول الله عزفت نفسي عن الدنيا فأسهرت ليلي وأظمأت هواجري وكأني أنظر إلى عرش ربي وقد وضع للحساب وكأني أنظر إلى أهل الجنة يتزاورون في الجنة وكأني أسمع عواء أهل النار في النار ، فقال له رسول الله صلى الله عليه وآله : عبد نور الله قلبه ، أبصرت فأثبت ، فقال : يا رسول الله ادع الله لي أن يرزقني الشهادة معك ، فقال : اللهم ارزق حارثة الشهادة ، فلم يلبث إلا أياما حتى بعث رسول الله صلى الله عليه وآله سرية فبعثه فيها ، فقاتل فقتل تسعة أو ثمانية ثم قتل
Məhəmməd b. Yəhya mənə Əhməd b. Məhəmməddən, o Məhəmməd b. Sinandan, o Abdullah b. Musqandan, o Əbu Bəsirdən, o da Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-dan belə rəvayət etdi: "Rəsulullah s.a.a Haris b. Malik b. Numan əl-Ənsari ilə qarşılaşdı, ona dedi: "Necəsən, ey Haris?" dedi: "ya Rəsulullah s.a.a! Həqiqətən möminəm." Rəsulullah s.a.a dedi: "Hər şeyin bir həqiqəti vardır, sənin sözünün həqiqəti nədir?" dedi: "ya Rəsulullah s.a.a! Dünyadan sıxılıram, gecələri yuxusuz, isti gündüzləri susuz keçirirəm. Rəbbimin hesab üçün qurulmuş ərşinə baxırmış kimiyəm, sanki cəhənnəmliklərin atəşdə inləmələrini izləyirəm." Rəsulullah s.a.a dedi: "Budur, Allahın ürəyini aydınlatdığı bir qul. Bəsirət sahibi olmusan, bu halında möhkəm ol." dedi: "ya Rəsulullah s.a.a! Allaha dua et, səninlə birlikdə şəhid olmağı mənə nəsib etsin!" Rəsulullah s.a.a belə dua etdi: "Allahım! Harisə şəhidlik nəsib et." Bir neçə gün keçməmişdi ki, Rəsulullah s.a.a bir dəstə göndərdi, onu da bu dəstə ilə birlikdə göndərdi. şiddətli bir döyüş baş verdi, doqquz və ya səkkiz adam öldürdükdən sonra özü də öldürüldü."

Kuleyni r.a, "əl-Kafi", 2/54, İman və Küfr kitabı, bab 27, hədis 3


bu hədisi Şeyx Səduq r.a "Məanil Əxbar", səhifə 187, hədis 5-də başqa bir sənədlə Hişam b. Səlimdən, o da İmam Sadiq a.s-dan rəvayət etmişdir.

Kuleyni r.a-ın sənədində zəif bir ravi, Muhəmməd b. Sinan vardır. Lakin, Şeyx Səduq r.a-ın sənədindəki bütün ravilər siqə (etibarlı) və isnadı müttəsildir. Beləliklə, hədis səhihdir, əlhəmdilillah.

Hədisin mətninə gəldikdə isə, görəsən Rəsulullah s.a.a-in möminliyinə və bəsirətinə şəhadət verdiyi, Onun duası ilə şəhid olan bir mücahiddən daha fəzilətli və daha üstün bri ola bilərmi? Allah bizə Haris r.a kimi şəhadət nəsib etsin, amin.

3. üləmanın onun haqqında sözləri: Alimlərimiz onu rical kitablarında qeyd etmədikləri kimi, onun haqqında hər hansı bir fikir söyləməmişdirlər.

4. rəvayətlərin qeyd olunduğu bəzi mənbələr: Rəsulullah s.a.a zamanında, döyüşlərin birində şəhid olduğu üçün onun rəvayət etdiyi bir hədis yoxdur.

  • Arif это нравится


#99084 Şiə mənbələrində Allah c.c. haqqında “Şabbul Amrad (tüksüz gənc)” hədisi şübh...

Написано Elmeddin 04 июля 2013 - 10:35

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

Bilindiyi kimi nasibiləri oxun yaydan çıxdığı kimi İslam dinindən çıxardan ən azğın, gic və xürafə əqidələri Tövhid mövzusundakı azğınlıqlardır. Çünki nasibilər Allah c.c-ın üzü tüksüz, qıvrım saçlı bir gənc olduğunu, cism olduğunu, gecələr yerə enib gündüzlər göyə qalxdığını, əlləri və ayaqları olduğunu iddia edirlər. Bu əqidələri isə onları hər kəs qarşısında rəzil etdiyindən nasibilər öz rəzalətlərini ört-basdır etmək üçün müsəlmanların/şiələrin mənbələrindən bu azğınlıqlarına dair dəlillər gətirməyə çalışırlar. Bir iddialarında belə deyirlər:



İbrahim b. Məhəmməd əl-Həzzaz və Məhəmməd b. Hüseyn dedilər ki: Əbül Həsən Əli b. Musa ər-Rza ə.s-ın hüzuruna daxil olduq və dedik ki: Söylənənlərdə Məhəmməd s.ə.ə-in Rabbi Azzə və Cələ’ni hər baxımdan mükəmməl, büxtələşmiş otuz yaşlarında bir gənc surətinə gördüyünü bildirir...

Saleh əl-Mazandarani, "Şərhi Üsulu Kafi", 3/201

cavab: bu hədisi Siqatul İslam (İslamın güvənci) Kuleyni "əl-Kafi", 1/59, Tövhid kitabı, 10-cu bab, hədis 3-də və Şeyx Səduq r.a "Tövhid", səhifə 113, bab 8, hədis 13-də rəvayət etmişdir. Lakin nasibilər hədisin mətnini montaj ediblər. İnşəAllah indi həm hədisin əslini təqdim edəcək və həm də hədisin mətnindəki montajı ortaya qoyacaq həm də hədisin sənədi haqqında məlumat verəcəyik. Siqtul İslam (İslamın güvənci) Kuleyni r.a belə rəvayət etmişdir:

محمد بن أبي عبد الله عن محمد بن إسماعيل عن الحسين بن الحسن عن بكر بن صالح عن الحسن بن سعيد عن إبراهيم بن محمد الخزاز ومحمد بن الحسين قالا: دخلنا على أبي الحسن الرضا ع فحكينا له أن محمد صلى الله عليه وآله رأى ربه في صورة الشاب الموفق في سن أبناء ثلاثين سنة وقلنا: إن هشام بن سالم وصاحب الطاق و الميثمي يقولون: إنه أجوف إلى السرة والبقية صمد؟ فخر ساجدا لله ثم قال: سبحانك ما عرفوك ولا وحدوك فمن أجل ذلك وصفوك سبحانك لو عرفوك لوصفوك بما وصفت به نفسك سبحانك كيف طاوعتهم أنفسهم أن يشبهوك بغيرك اللهم لا أصفك إلا بما وصفت به نفسك ولا أشبهك بخلقك أنت أهل لكل خير فلا تجعلني من القوم الظالمين ثم التفت إلينا فقال: ما توهمتم من شيء فتوهموا الله غيره ثم قال: نحن آل محمد النمط الأوسط الذي لا يدركنا الغالي ولا يسبقنا التالي يا محمد إن رسول الله صلى الله عليه وآله حين نظر إلى عظمة ربه كان في هيئة الشاب الموفق وسن أبناء ثلاثين سنة يا محمد عظم ربي عز وجل أن يكون في صفة المخلوقين قال قلت: جعلت فداك من كانت رجلاه في خضرة؟ قال: ذاك محمد كان إذا نظر إلى ربه بقلبه جعله في نور مثل نور الحجب حتى يستبين له ما في الحجب إن نور الله منه أخضر ومنه أحمر ومنه أبيض ومنه غير ذلك يا محمد ما شهد له الكتاب والسنة فنحن القائلون به
Məhəmməd b. Əbu Abdullah mənə Məhəmməd b. İsmayıldan, o Hüseyn b. Həsəndən, o Bəkir b. Salehdən, o Həsən b. Səiddən, o da İbrahim b. Məhəmməd əl-Həzzaz və Məhəmməd b. Hüseyindən rəvayət etdi, dedilər ki: Biz Əbul-Həsən ər-Rza ə.s-ın hüzuruna daxil olduq və dedik ki: "bizə Məhəmməd s.a.a-in Rəbbi Azzə və Cəlləni hər cəhətdən mükəmməl, büxtələşmiş otuz yaşarında bir gənc surətində gördüyünü hekayə edilir, buna nə deyirsən?" həm də dedik ki: "Hişam b. Səlim, Sahibut-Taq və əl-Meysəmi deyirlər ki: "Allah, göbəyinə qədər boşdur, bundan aşağısı doludur." imam a.s bu sözləri eşidən kimi dərhal səcdəyə qapandı, sonra dedi ki: "(Rəbbim) səni tənzih edirəm, səni lazım olduğu kimi tanımadılar və layiq olduğun şəkildə başa düşmədilər. Buna görə səni təsəvvür etməyə çalışdılar. Səni tənzih edirəm, əgər səni bilsəydilər, sənin özünü vəsf etdiyin kimi vəsf edərdilər. Səni tənzih edirəm, səni başqasına bənzətməyə qəbləri necə yol verdi? Allahım səni ancaq sənin özünü vəsf etdiyin sifətlərlə vəsf edərəm. Səni yaratdıqların bənzətmərəm, sən, hər cürə yaxşılığa layiqsən. Məni zalimlərdən qılma." Sonra qayıdıb bizə belə dedi: "Zehninizdə nəyi təsəvvür etsəniz Allahın ondan başqa olduğunu bilin." ardınca bunları əlavə etdi: "biz Məhəmmədin Əhli Beyti orta yoldayıq. İfratçılar bizə çata bilməz və geridə qalanlar bizi keçə bilməz. Ey Məhəmməd (ravi)! Rəsulullah s.a.a Rəbbinin əzəmətinə baxdığı zaman özü hər baxımdan mükəmməl, büxtələşmiş, otuz yaşlarında bir gənc surətində idi. Ey Məhəmməd (ravi)! Mənim Rəbbim yaradılmışların özəlliklərinə sahib olmaqdan ucadır, münəzzəhdir." Dedim ki: "sənə qurban olum! İki ayağı yaşıllıqlar içərisində olan kimdir?" imam ə.s dedi ki: "O, Məhəmməd s.a.a idi, qəlbi ilə Rəbbinə baxdığı zaman Rəbbi onu, hicablar nuruna bənzər bir nurun içinə qoydu ki, hicabların gerisində olan şeylər onun üçün açıqlığa qovuşsun. Çünki Allahın nurunun bir qismi yaşıl, bir qismi, bir qismi qırmızı, bir qismi bəyaz... və s-dir. Ey Məhəmməd (ravi)! Kitab və sünnət nəyə şahidlik edirsə biz də bunu deyirik."

Kuleyni r.ə., "əl-Kafi", 1/59, Tövhid kitabı, 10-cu bab, hədis 3


Hədisin mətnindən də aydın göründüyü kimi burada hədisi rəvayət edən 2 insan yəni İbrahim b. Məhəmməd əl-Həzzaz və Məhəmməd b. Hüseyn imam Rza a.s-a "bizə belə rəvayət edilir" deyir və imam a.s-dan bunu doğru olub olmadığını soruşurlar. imam a.s isə bunu eşidən kimi səcdə edir və "(Rəbbim) Səni tənzih edirəm" buyurur. yəni imam a.s İbrahim b. Məhəmməd əl-Həzzaz və Məhəmməd b. Hüseyinə rəvayət edilən və onların da soruşduqları rəvayəti yalanlamaqdadır. amma nasibilər bu sualı soruşma formasını yarımçıq edərək bunun şiə mənbəli bir hədis olduğu görünümünü verməyə çalışırlar.

və böyük bir ehtimalla bu səhv və uydurma şeyi İbrahim b. Məhəmməd əl-Həzzaz və Məhəmməd b. Hüseyinə rəvayət edənlər nasibi əqidəsinə mənsub insanlardır. Çünki bilindiyi kimi belə bir rəvayət nasibi mənbələrində mövcuddur. Üstəlik də nasibi mühəddislər bu uydurma rəvayətin səhihliyinə hökm etmişdirlər.

amma İbrahim b. Məhəmməd əl-Həzzaz və Məhəmməd b. Hüseyinin gəlib imam Rza a.s-a rəvayət etmələri, Hişam b. Səlim, Sahubut-Taq və Meysəminin fikirlərini demələri hədisin özünə gəlincə, bunun sənədində qırmızı ilə işarələdiyimiz 2 ravi, Hüseyin b. Həsən və Bəkir b. Saleh vardır. Bu ravilərdən Hüseyin b. Həsən məchuldur, Şeyx Cövhəri onun haqqında deyir:



الحسين بن الحسن: روى 17 رواية، في هذه الروايات، ان كان الراوي عنه محمد بن إسماعيل، الذي هو محمد بن إسماعيل البرمكي الرازي، فهو الحسين بن الحسن بن برد الدينوري المجهول الآتي 3345 والا فهو مجهول أيضا
Hüseyn b. Həsən: 17 rəvayət rəvayət etmişdir və bu rəvayətlərin hamsını ondan rəvayet eden şəxs Məhəmməd b. İsmayıl əl-Barməki ər-Razidir. və bu ravi Hüseyin b. Həsən b. Bərid əd-Dinavəridir ki, o məchuldur.

Şeyx Cövhəri, "Müfid min mucəm ricalil hədis", səhifə 165, 3349-cu ravi


Digər ravi Bəkir b. Saleh’ə gəlincə isə, Seyyid Əbul Qasim əl-Xoyi r.a onun bioqrafiyasında deyir ki:



بكر بن صالح الرازي
Bəkir b. Saleh ər-Razi

قال النجاشي: بكر بن صالح الرازي، مولى بني ضبّة، روى عن أبي الحسن موسى عليه السلام، ضعيف، له كتاب نوادر
Nəcaşi dedi ki: "Bəkr b. Saleh ər-Razi, bəni Dabbə oğullarının məvalisi, Əbul-Həsən Musa (imam Musa əl-Kazım ə.s.)-dan rəvayət etmişdir, zəifdir, "Nəvadir" adlı kitabı var."

وقال إبن الغضائري: ضعيف جداً، كثير التفرّد بالغرائب
və ibni Ğədairi dedi ki: "çox zəifdir, əsasən guluv mövzularında onda təfərrüd edilmişdir."

Seyyid Əbul Qasim əl-Xoyi r.a, "Mucəm ricalil hədis", 4/251, 1857-ci ravi


Şeyxul-İslam Əllamə II Məclisi r.a da "əl-Kafi" şərhində hədis haqqında deyir ki:



الحديث الثالث: ضعيف
3-cü hədis: zəif

II Məclisi r.a, "Miratul Uqul", 1/347


vəlhamdulillahi Rabbil aləmin.



#99063 Əhli-sünnənin səhabələr barəsində etiqadı

Написано Elmeddin 02 июля 2013 - 09:17

Mötəzilə Şiə olan İbn Əbil-Hədid Əli (r.a)-ın çıxışlarından bəhs edərkən yazır:

"mötəzilə-şiə" bu yeni bir firqədir? bəlkə olmaya "mötəzilə-sünnü (səfeh)"? http://313news.net/forum/index.php?/topic/839/


#99059 Əhli-sünnənin səhabələr barəsində etiqadı

Написано Elmeddin 01 июля 2013 - 23:15

davamı var sadəcə indi vaxt yoxdur, sabah səni sürprizlər gözləyir :flowers1:
  • Arif это нравится


#99024 Təbərrük

Написано Elmeddin 30 июня 2013 - 09:13

ay Əli a.s-ın Qulamı! sən bunların atasına od vurdun ki.
  • qulam это нравится


#98892 Seyyid Nemətullah əl-Cəzairi r.ə. Quran’ın təhrif edildiyi əqidəsində idimi ?

Написано Elmeddin 13 июня 2013 - 19:16

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

Bilindiyi kimi bir çox nasibi bloq və saytlarında Şiələrin Quranın təhrifinə inandıqları iddia edilməkdə və bu mövzuda "dəlillər" gətirilməkdədir. Bu sözdə dəlillərdən ən məşhuru, ən çox istifadə ediləni Seyyid Nemətullah əl-Cəzairi r.a-ın "Ənvarun Nömaniyyə" və "Nurul Bəhreyn" adlı kitablarıdır. Çnki Seyyid Nemətullah əl-Cəzairi r.a bu kitablarında həm özü Quranın təhrif olduğunu bildirməkdə və həm də bu mövzudakı xəbərlərin mütəvatir olduğunu söyləməkdədir. Lakin burada nasibilərin gizlətdikləri bu həqiqət vardır ki, Seyyid Nemətullah əl-Cəzairi r.a daha sonar təhrif fikrindən dönmüş və Quranın təhrifdən uzaq olduğunu bildirmişdir. Seyyid Nemətullah əl-Cəzairi r.a-ın Quranın təhrifi fikrindən döndüyünün sənədini Şeyx Həsən əl-Həcmi h.a-ın yazısının əsli bu linkdədir: http://www.alkafi.net/vb/showthread.php?t=2712


cezairi rucu tahrif.jpg cezairi rucu tahrif1.jpg cezairi rucu tahrif2.jpg

şəkildə gördüyünüz Seyyid Nemətullah əl-Cəzairi r.a-ın "Uqudul Mərcan fi Təfsirul Quran" adlı kitabıdır, işarələdiyimiz yerdə Seyyid r.a deyir:



[إنا نحن نزلنا الذكر وإنا له لحافظون] (إنا نحن … الآية) رد لإنكارهم واستهزائهم في قوله: [يا أيها الذي نزل عليه الذكر ... الآية] (لحافظون) من الشياطين والزيادة والنقصان بخلاف الكتب المتقدمة فإنه لم يتول حفظها وإنما استحفظها الربانيين والأحبار فاختلفوا فيما بينهم بغيا فكان التحريف، ولم يكل القرآن إلى غير حفظه.
(الذكر) أي القرآن (لحافظون) من الزيادة والنقصان والتغيير والتحريف، وقيل: معناه: وإنا نتكفل بحفظه إلى آخر الدهر على ما هو عليه فتنقله الأمة وتحفظه عصرا بعد عصر إلى يوم القيامة لأنه حجة على الكل، وقيل: يحفظه من كيد المشركين ولا يمكنهم إبطاله ولا يندرس ولا ينسى، وقال الفراء: يجوز أن يكون الهاء في له كناية عن الرسول صلى الله عليه وآله فكأنه قال: إنا نزلنا القرآن وإنا لمحمد لحافظون
[Zikri biz nazil etdik və onun qoruyucuları da bizik] ayəsi "ey özünə Quran endirilən! Sən mütləq bir məcnunsun" buyruğunda keçən müşriklərin inkar edişlərini və alaylarını rədd etməkdədir. "Qoruyacağıq" buyruğu şeytanlardan, öncəki kitablarda gerçəkləşən əksiltmə və çoxalma növü kimi şeylərdən qoruyacağlq mənasındadır. Çünkü o keçmiş kitabların mühafizəsi işini Allah Təala deyil rəbbani və müdriklər öhdəsinə götürmdüşlər. Onlar da qısqançlıq və həsədlərindən ötəri ixtilafa düşdülər və beləliklə təhrif gerçəkləşdi. Allah Təala Quranın mühafizəsinə başqasının öhdəliyinə buraxmadı. "Zikr" sözü Quran mənasındadır. "Qoruyacağıq" əksiklik, artıqlıq, dəyişiklik və təhrifdən. Ayənin bu mənaya gəldiyi də söylənmişdir: "Zamanın sön dövrünə qədər Onu bu an olduğu hal üzrə qorunmasını biz üstlənəcəyik. Ümmət onu Qiyamət gününə qədər əsr-əsr nəql edəcək və qoruyacaq. Çünkü Quran bütün hər kəsə qarşı bir sübutdur." Deyilmişdir ki: "Allah Təala Quranı Şeytanın tənələlərindən qoruyacaq, onlara Quranı ləğvetmə seçimi verməyəcək, o nə köhnələcək və nə də unudulacaqdır."

Seyyid Nemətullah əl-Cəzairi r.a, "Uqudul Mərcan fi Təfsiril Quran", 2/624-625, Hicr surəsinin təfsiri


Seyyid Nemətullah əl-Cəzairi r.a təhrif fikrini mənimsədiyi "Ənvarun Numaniyyə" kitabını hicri 1089-cu ilidə (bax: Şeyx Tehrani, "əz-Zəria", 2/446), təhrif haqqındakı xəbərlərin mütəvatir olduğunu söylədiyi "Nurul Bəhreyn" kitabını hicri 1099-cu ildə (bax: Şeyx Tehrani, "əz-Zəria", 24/363), Quranın təhrifdən uzaq olduğunu söylədiyi "Uqudul Mərcan fi Təfsirul Quran" kitabını isə hicri 1102-ci ildə (bax: Şeyx Tehrani, "əz-Zəria", 15/305) yazmışdır. Yəni, son yazdığı kitab "Uqudul Mərcan fi Təfsirul Quran" kitabıdır ki, bu da onun təhrif fikrindən döndüyünün açıq sübutudur.

Vəlhəmdülillahi Rabbil aləmin.



#98719 İmam Əhməd əl-Həsən Yəməni kimdir ?

Написано Elmeddin 17 мая 2013 - 13:22

bu şəxsin əsl adı "Əhməd İsmayıl"dır. Bəsrədə anadan olmuş, daha sonra mədrəsədə bir müddət təhsil almışdır. sonradan isə özünün hədislərdə imam Mehdi a.s-ın zühuru zamanı ona a.s kömək üçün üsyan edəyi bildirilən "Yeməni" olduğunu iddia etmişdir. ancaq hədislərin heç birində "Yəməni" haqqında bildirilməyən şeyləri iddia edir. belə ki, hədislərdə "Yəməni" sadəcə imam Mehdi a.s-ı qiyamıa kömək üçün üsyan edəcək olan bir şəxs kimi bildirilib eyni ilə "xorasani" kimi. lakin bu adam "Yəməni" olduğunu iddia etməklə birlikdə "Yəməni"nin məsum olduğunu, imam Mehdi a.s-ın vəsisi olduğunu iddia edir. halbuki hədislərdə "Yəməni" sadəcə bir üsyançıdır, öz dəstəsi ilə imam Mehdi a.s-a kömək üçün üsyan edəcəkdir eyni ilə xorasandan üsyan edəcək olan "xorasani" kimi.

hər nə isə, məlum olduğu kimi əllərində heç bir dəlil mövcud deyil. ancaq "Yəməni" haqqında nəql olunmuş hədisləri dəlil gətirirlər. bunun cavabı isə bəllidir, biz bu hədisləri də, imam Mehdi a.s-ın zühur edəcəyini və bu zaman ona kömək üçün xorasani və yəməninin üsyan edəcəyini də qəbul edirik. lakin biz Əhməd İsmayılın "Yəməni" olduğunu qəbul etmirik, əksinə onun yalançı olduğunu deyirik. "Yəməni" haqqında nəql olunan hədislərdə isə onun "Yəməni" olmadığını bildirən qərinələr var. çünkü "Yəməni" eyni ilə "xorasani" kimi imam Mehdi a.s-ın zühuru zamanı üsyan edəcək və Yəməndən hərəkət edərək Mədinədə imam Mehdi a.s-a köməyə gələcək. ancaq məlumdur ki, hələ imam Mehdi a.s zühur etməyib, bəs necə olur ki, Yəməni çıxıb?

aşağıdaki videoda Şeyx Məhəmməd Zəkəriyya Yəməninin müxtəlif yerlərdə irad etdiyi xütbələri gətirir (səs yazısı). və sonra onun Quran qiraəti, lüğət və nəhvdə onlarca səhvini, ən sonda isə bir hədisi əsl mənbədən nəql edərkən etdiyi təhrifi göstərir. videoda 10:07 - 10:37-ci dəqiqələrdə "Yəməni" olduğunu iddia edən bu səfeh bir ayəni oxuyur, oxuduğu ayəni səhv qiraət etdiyini anlayır və düzəltmək istəyir lakin bu dəfə də xəta edir.




imam Mehdi a.s-ın vəsisi, məsum və s. olduğunu iddia edən şəxs zır cahilin biridir, Quran qiraəti, lüğət, nəhv... heçnə bilmir, üstəlik hədisləri nəql edərkən təhrif işləri aparır.


#98674 Abu Zeydin "Şiə məzhəbində hədis elmi" barədə iddiaları

Написано Elmeddin 02 мая 2013 - 19:43

Feyz kasani r.a-dan neql etdiyi söz haqqinda bu linkde melumat var: http://alhak.org/vb/...ead.php?t=30541
  • l-nur это нравится


#98589 Şiə və səhabə | الشيعة والصحابة

Написано Elmeddin 22 апреля 2013 - 14:04

Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını (on doqquz) etdik ki, (bu,) KAFİRLƏR üçün ancaq bir sınaq olsun, özlərinə KİTAB VERİLƏNLƏR yəqinlik hasil etsinlər, İMAN GƏTİRƏNLƏRİN imanı artsın, KİTAB VERİLƏNLƏRMÖMİNLƏR (haqqa) şübhə etməsinlər və QƏLBLƏRİNDƏ XƏSTƏLİK OLANLAR və kafirlər: “Allah bu məsəllə nə demək istəyir?”– desinlər.
(Müdəssir-31)


Seyyid Əli Əl-Milaninin sözlərindən bə`zi fraqmentləri bölüşmək istərdim:
Müdəssir surəsi Məkkədə, be`sətin ilk vaxtlarında nazil olmuşdur. Peyğəmbər s.a.a.s. ətrafında məhdud sayda insanlar var. Kafirlər-aydındır, Kitab verilənlər-aydındır, Möminlər-o da aydındır, bəs Qəlblərində xəstəlik olanlar kimdir? Yəqinki sünnülərin "adil" adlandırdıqları səhabələrdən bə`ziləridir!? Müfəssirlər bu barədə nə fikirdədirlər?

qardaşım məgər mən burada iddia edirəm ki, Əbu Hureyrə və bu kimi şəxslər münafiq deyildi? və yaxud mənim yazdıqlarım arasında bu mənaya gələn bir şey var?
  • qulam это нравится




Рейтинг@Mail.ru