Перейти к содержимому


Elmeddin

Регистрация: 05 окт 2009
Offline Активность: 22 ноя 2022 23:14

#98580 Şiə və səhabə | الشيعة والصحابة

Написано Elmeddin 21 апреля 2013 - 15:18

Ümumi əqidə??????

bununla nəzərdə tutduğum şiənin ümüumiyyətlə, türklər deməli gənəl olaraq səhabə haqqındaki fikridir. yəni Əbu Səid, Salman və bu kimi tək-tək şəxslər yox, ümumi olaraq səhabə mövzusu.

??????

hər halda bu işarənin biri də bəs edərdi.

Bir neçə hədis hətta səhih olsalar belə "Şiə Əqidəsi" hesab olunmaz.

hədislər "bir neçə" deyil olduqca çoxdur. sadəcə bu qədəri kifayət edər deyə düşünürəm.

Bu cür məsələlərdə diqqətli ol!

diqqətli olmağa çalışdığım məsələ yazdığım yazıların Quran və Sünnəyə əsaslanmasıdır. hansısa "elmi araşdırma"lara deyil.


#98570 Abu Zeyd, Əfəndi və Araz Həsənzadə

Написано Elmeddin 20 апреля 2013 - 11:05

2. Araz Həsənzadə: bu şəxs bir ildən artıq bir müddətdir ki, geniş fəaliyyətə başlamışdır. hər halda özünü "superman" zənn edir və nasibi dünyasını rafizilərin əlindən qurtara biləcəyini güman edir. fəaliyyətini genişləndirməyə başlayarkən etdiyi ilk iş mənim http://velayet.wordpress.com/ bloqumu hack etmək olmuşdu. və bununla "biz sizə cavab verə bilmirik və ona görədə çarəni sizin bloqları hack etməkdə görürük" sözünü rəsmən boynuna götürmüşdü. bu şəxs hədsiz dərəcədə kopya ustasıdır, kopyaçılıqda elə bir səviyəyə çatıb ki, hətta mənim kimi bir rafizinin belə yazılarını kopyalamaqda problem görmür. indiyə qədər onun kopyaları 3 mənbədən təsbit etmişəm.

a) mənim yazılarımdan olan kopyaları: mənim təvəssül, qəbir ziyarəti, təbərrük, ibni Teymiyyə və s. kimi mövzularda yazdığım yazıları öz bloqunda vəhhabilər əleyhinə yerləşdirmişdir. indi bunlardan bəzi misallar verirəm:

mənim 04/03/2011 tarixində, velayet.com formunda açdığım "Təvəssül" adlı mövzudaki məlumatları ayıraqraq öz bloquna 3 mövzu kimi yerləşdirmişdir. mənim yazımın linki: 04/03/2011 tarixi/ "velayet.com" formu/ "Tevessül" mövzusu

və aşağıda da onun kopyaları:

04/05/2012 tarixi/ "arazhesenzade" bloqu/ "sahabenin Rasulullah s.a.a'e tevessülü" mövzusu
04/05/2012 tarixi/ "arazhesenzade" bloqu/ "Imam ibni Hibban’ın(r.a) imam Rıza’ya (r.a) tevessül etmesi..!" mövzusu
04/05/2012 tarixi/ "arazhesenzade" bloqu/ "ibni Huzeyme’nin(r.a) ehlibeyt imami imam Rızay’a (r.a)tevessül etmesi..!" mövzusu

həmçinin, bu şəxs mənim 19/10/2010 tarixində umutfmforum.com formunda "Ehli Beyt a.s-mı yoksa r.a-mu?" mövzusunda yazdığım yazılarımı öz bloqun kopyalamışdır. bu mənim yazımın linki: 19/10/2010 tarixi/ "umutfmforum.com" formu/ "Ehli Beyt a.s-mı yoksa r.a-mu?" mövzusu

və bu da onun kopyası: 04/06/2012 tarixi/ "arazhesenzade" bloqu/ "Ehli Beyt a.s-mı yoksa r.a-mu?" mövzusu

həmçinin mənim əvvəllər velayet bloqumda olan lakin hack edildikdən sonra nasibiler bloquna yerləşdirdiyim Hz. Şueyb a.s haqqıdaki məqaləni kopyalamışdır. mənim yazım: 20/08/2012/ "nasibiler" bloqu/ ibni Teymiyye: "Allah’ın elçisi Şuayb nübüvvet öncesi kafirdi" mövzusu

və bu da onun kopyası: 04/06/2012 tarixi/ "arazhesenzade" bloqu/ ibni Teymiyyeden iftira: "Allah’ın elçisi Şuayb nübüvvet öncesi kafirdi..!" mövzusu

həmçinin, mənim nasibiler bloquna yerləşdirdiyim əl-Albaninin "Səhiheyn" haqqındaki sözləri mövzusunu kopyalamışdır. mənim yazım: 12/08/2012/ "nasibiler" bloqu/ el-Elbani: "Sahiheyn’in ancak sahih hadislerden oluştuğunu söylemek cehalet ve taassuptur" mövzusu

və onun kopyası: 04/06/2012 tarixi/ "arazhesenzade" bloqu/ Vehhabi el-Elbani: "Sahiheynin ancak sahih hadislerden oluştuğunu söylemek cehalet ve taassuptur...!" mövzusu

qısacası onun bloqu mənim öz bloqumda hazırladığım yazılar ilə doludur. mən nümunə üçün burada bir neçəsini qeyd etdim və bu qədəri ilə kifayətlənirəm. əks halda gərək bu mövzu tamam onun məndən olan kopyalarına ayrılsın. burada onun məndən kopyaladığı yazıları bu qədəri ilə məhdudlaşdırıram ona görə qardaşlardan hansı biri arazhesenzade bloqunda bir yazı görsə və yazının mənim hansı yazımdan kopya edildiyini bilmək istəsə mənə müraciət edə bilər.

davam edəcək...



#98568 Hz. Xızır, Hz. Zülqərneyn və Hz. Süleyman vəziri [Hz. Asəf] peyğəmbərdirlər?

Написано Elmeddin 20 апреля 2013 - 09:11

Sən demək istəyirsən ki, bütün variantların üstündən xətt çəkilməli və yalnız sənin təqdim etdiyin variant qəbul olunmalıdır? Hər şey bu qədər sadə və asan.

qardaşım, sənin "Təfsir əl-Əyyaşi"dən yazdığın 3 hədis müstəsna burada digər yazdıqlarının heç birisinin mənim yazdıqlarım ilə uzaqdan-yaxından əlaqəsi belə yoxdur. mənim yazdığım hədislər onun statusu haqqındadır, sən isə onun adının mənşəyi və tarixdə hansı şəxsiyyət olduğundan yazmısan. mənim dediyim isə budur ki, sənin burada yazdığın varyantlar ancaq şəxsi fikirlərdir və şəxsi fikirlər heç vaxt hüccət deyildir. istər bu müfəssir olsun, istər tarixçi və istərsədə başqası. və eyni zamanda mən "mənim təqdim etdiyim varyanta" deyil səhih hədislər ilə imamlar a.s-dan nəql edilən varyanta çağırıram. səncə hansısa müfəssirin, tarixçinin.... nəyəsə əsaslanaraq ortaya atdığı fikir məsumlar a.s-dan nəql olunan hədislərdən üstündür?

Bilmək olar bu variantın əsl müəllifi kimdir?

bunlar "əl-Kafi"ni oxuduğum zaman qarşılaşdığım hədislərdir. ravilərini və mühəddislərin hədis haqqındaki sözlərini qeyd etmişəm və sonra da paylaşmışam.

Fikrimcə müfəssirlərin dəyərini o qədər də aşağı salmaq doğru deyil. Əmin ol ki, onlar havadan və yaxud da yuxudan məlumat əldə etmirlər. Onların da öz üslubları var ki, hörmət və diqqətə layiqdir. İndi kim qəbul edər ya etməz öz işidir.

mən belə bir şey demədim, qəsdim bu deyildi. demək istədiyim budur ki, bəzən hətta məsumlar a.s-ın səhabələrinin belə şəxsi fikirləri xətalı olur və qəbul edilmir. nəyə görə min illər öncəsində yaşamış birisi haqqında hədisə deyil hansısa zənni şeylərə əsaslanan bu müfəssirlərin fikri xətalı olmasın? məgər sən özün müfəssirlərin bu məsələdə ixtilaf etdiyini demədin? madam ki, müfəssirlər ixtilaf edib deməli sənin nəzərində bu ixtilaf edənlərdən yanlız birinin görüşü doğru ola bilər. yəni məcburi olaraq digərləri xətalıdır. elə məndə bunu deyirəm ki, haqq olan səhih hədisin dediyidir, müfəssirlər isə hamısı xətalıdr.

Dara nədir lap Adolf Hitler də olduğunu söyləyə bilərlər. Nəyə görə də yox? Bu şəxsin adı belə ixtilaflıdır. Yetər ki, ortaya atılan fərziyyə elmi şəkildə əsaslandırılsın, necə ki, məhz II Kir variantı yetərincə əsaslandırılıb, sadəcə olaraq maraqlanıb öyrənmək lazımdır.

iş burasındadır ki, bu söylənənlərin heç birisi Quran və Sünnəyə əsaslanmır. ancaq hər kəsin şəxsi fikirlərinə əsaslanır. ona görədə hüccət deyildir.


#98567 Şiə və səhabə | الشيعة والصحابة

Написано Elmeddin 20 апреля 2013 - 08:52

Cabir b. Abdullah əl-Ənsari və Şiə nəzərindəki məqamı: haqqında məlumat verəcəyimiz səhabələrdə birisi də Cabir b. Abdullahdır. yeə əvvəlcə haqqında ümumi məlumat verəcək, daha sonra imamlarımız a.s-ın və alimlərin r.a onun haqqındakı sözlərini gətirəcək və nəhayət onun hədislərinin nəql edildiyi mənbələrdən bəzilərini təqdim edəcəyik.

1. haqqında ümumi məlumat: o 6 məsumun, Rəsulullah, imam Əli, Hz. Həsən, Hz Hüseyin, Hz. Səccad və Hz. Baqir a.s-ın əshabındandır. Bərqi və Tusi onu bu 6 məsumun a.s əshabı içərisində zikr edərək haqqında bu məlumatları verirlər:

جابر بن عبد الله بن عمرو بن حرام, نزل المدينة, شهد بدرا وثماني عشرة غزوة مع النبي صلى الله عليه وآله, مات سنة ثمان وسبعين
Cabir b. Abdullah b. Əmr b. Həzm, Mədinəyə köçmüşdür, Nəbi s.a.a ilə birlikdə Bədr döyüşünə və 18 qəzvəyə qatılmışdır. 78-ci ildə ölmüşdür.

Bərqi r.a, "Rical", səhifə 2, 3, 7, 8, 9
Şeyx Tusi r.a, "Rical", səhifə 31, 134-cü ravi; səhifə 59, 498-ci ravi; səhifə 93, 921-ci ravi; səhifə 99, 964-cü ravi; səhifə 111, 1087-ci ravi; səhifə 129 , 1311-ci ravi


2. imamlar a.s-ın onun haqqındakı sözləri: imamlar a.s onun fəzilətli, sadiq və səhih etiqadlı bir şəxs olduğunu söyləmişdir. onu mədh edən bir çox hədis rəvayət edilmişdir. Kuleyni r.a imam Baqir a.s-dan belə rəvayət etmişdir:

علي بن إبراهيم, عن أبيه, عن ابن أبي نجران, عن عاصم بن حميد, عن محمد بن مسلم, عن أبي جعفر عليه السلام قال: حدثني جابر, عن رسول الله صلى الله عليه وآله ولم يكذب [جابر] أن ابن الاخ يقاسم الجد
Əli b. İbrahim mənə atasından, o ibni Əbi Nəcranda, o Asim b. Humeydin, o Məhəmməd b. Müslimdən, o da Əbu Cəfər (imam Baqir a.s)-dan danışdı, dedi: "Cabir mənə Rəsulullah s.a.a-in "qardaş oğlu mirasda baba kimi pay alır" dediyini nəql etdi və Cabir yalan söyləməmişdir."

Kuleyni r.a, "əl-Kafi", 7/74, Varislər kitabı, hədis 3


bu hədisin isnadı sahihdir, Seyyid Əbul Qasim əl-xoi r.a bu hədis haqqında deyir:

والسند صحيح
isnad səhihdir.

Seyyid Əbul Qasim əl-xoi r.a, "Mucəm ricalil hədis", 4/334, 2025-ci ravi


hədisi Şeyx Tusi r.a "Təhzib", 9/309, hədis 27-də Kuleyni r.a-dan rəvayət etmişdir. hədis Cabir b. Abdullah əl-Ənsari r.a-ın sadiq və doğru biri olduğuna, imamlar a.s-ın ona etimad etdiyinə dəlalət etməkdədir.

Kəşşi də Cabir b. Abdullah əl-Ənsarinin mədhi haqqında imamlar a.s-dan bir çox hədis rəvayət etmişdir. indi onlardan bir neçəsini nəql edirik:

محمد بن مسعود, قال حدثني علي بن محمد بن يزيد القمي, قال حدثني أحمد بن محمد بن عيسى القمي, عن ابن فضال, عن عبد الله بن بكير, عن زرارة, عن أبي جعفر (عليه السلام) قال: كان عبد الله أبو جابر بن عبد الله من السبعين و من الاثني عشر و جابر من السبعين و ليس من الاثني عشر
mənə Məhəmməd b. Məsud danışdı, dedi: mənə Əli b. Məhəmməd b. Yezid əl-Qummi danışdı, dedi: Əhməd b. Məhəmməd b. İsa əl-Qummi mənə ibni Faddaldan, o Abdullah b. Bukeyrdən, o Zürarədən, o da Əbu Cəfər (imam Baqir a.s)-dan danışdı, dedi: "Cabirin atası Abdullah yetmiş nəfərdən (2-ci Əqəbə beyətində iştirak edənlərdən) və on iki nəfərdən (1-ci Əqəbə beyətində iştirak edənlərdən) idi. Cabir isə yetmiş nəfərdən olmağına baxmayaraq on iki adamdan deyildi."

حدثني أبو محمد جعفر بن معروف, قال حدثنا الحسن بن علي بن النعمان, عن أبيه, عن عاصم الحناط, عن محمد بن مسلم, قال: قال لي أبو عبد الله (عليه السلام) إن لأبي مناقب ما هن لآبائي إن رسول الله (صلى الله عليه وآله وسلم) قال لجابر بن عبد الله الأنصاري إنك تدرك محمد بن علي فاقرأه مني السلام قال فأتى جابر منزل علي بن الحسين (عليهما السلام) فطلب محمد بن علي, فقال له علي (عليه السلام) هو في الكتاب أرسل لك إليه, قال لا و لكني أذهب إليه, فذهب في طلبه فقال للمعلم أين محمد بن علي قال هو في تلك الرفقة أرسل لك إليه, قال لا و لكني أذهب إليه, قال فجاءه فالتزمه و قبل رأسه, و قال إن رسول الله (صلى الله عليه وآله وسلم) أرسلني إليك برسالة أن أقرئك السلام قال عليه و عليك السلام, ثم قال له جابر بأبي أنت و أمي اضمن لي أنت الشفاعة يوم القيامة قال فقد فعلت ذلك يا جابر
mənə Əbu Məhəmməd Cəfər b. Maruf danışdı, dedi: Həsən b. Əli b. Numan mənə atasından, o Asim əl-Hənnatdan, o da Məhəmməd b. Müslümdən danışdı, dedi: Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s) mənə dedi: "Atamın elə xüsusiyyətləri vardır ki, bunlar ancaq ona aiddir. Bir gün Rəsulullah s.a.a Cabir b. Abdullah əl-Ənsariyə dedi: "ey Cabir! Sən Məhəmməd b. Əli əl-Baqiri görəcəksən, gördüyündə mənim salamımı ona çatdırarsan." sonralar bir gün Cabir, Əli b. Hüseyn əs-Səccad a.s-ın evinə gəlib Məhəmməd b. Əli əl-Baqiri soruşdu. imam Səccad a.s ona dedi: "o uşaqlarla birlikdədir, onu sənə göndərərəm." Cabir dedi: "Xeyr, mən onun dalıca gedərəm" və Baqir a.s-ı axtarmaq üçün yola çıxdı. imam a.s-ın hüzuruna vardı, əhdini yerinə yetirdi, imamın başını öpdü və belə buyurdu: "Rəsulullah s.a.a məni sənə Onun salamını sizə çatdırmaq mesajı ilə birlikdə göndərdi." imam a.s dedi: "Rəsulullah s.a.a-ə də, sənə da salam olsun." sonra Cabir dedi: "Anam atam sənə fəda olsun, Qiyamət günündə mənə şəfaət edəcəyinə dair bir zəmanət verə bilərsənmi?" imam a.s dedi: "Bunu yerinə yetirəcəyəm ey Cabir!"

Kəşşi r.ə, "Rical", 1/41-43


bu hədislərin hər ikisinin sənədindəki raviler siqa (güvənilir) və isnadlar müttəsildir. ilk hədis Cabir və atası Abdullah r.a-ın Rəsulullah s.a.a-ə çətin günlərində köməkçi olaraq Onu s.a.a Mədinəyə dəvət edən Yəsirblilərdən olduğunu göstərməkdədir. ikinci hədis isə açıq bir şəkildə Cabir r.a-ın doğru əqidəli və fəzilətli bir adam olduğuna dəlalət edir. məgər imam Baqir a.s-ın şəfaət edəcəyinə söz verdiyi birinin fəziləti haqqında şübhə olarmı?

3. üləmanın onun haqqındakı sözləri: alimlərimiz r.a da onun böyüklüyünü və fəzilətini dilə gətirmiş, qiymətli bir kimsə olduğunu söyləmişdir. Şeyx ibni Davud əl-Hilli ra onun haqqında deyir:

عظيم الشأن
şanı uca bir adamdır.

ibni Davud, "Rical", səhifə 60, 288-ci ravi


Seyyid Təfşiri r.a da onun haqqında deyir ki:

وأورد الكشي في مدحه روايات كثيرة تدل على علو مرتبته وحسن عقيدته وانقطاعه إلى أهل البيت عليهم السلام
Kəşşi onun mədh haqqında bir çox hədis rəvayət etmişdir, bu rəvayətlər onun uca qiymətli, doğru əqidələri və Əhli Beyt a.s-a bağlı olduğunu göstərir.

Seyyid Təfşiri r.a, "Nəqdur Rical", 1/323, 884-cü ravi


4. onun r.a hədislərinin nəql edildiyi mənbələrdən bəziləri: onun imamların sayı haqqındaki hədisi, "əl-Kafi", 1/532, Hüccət kitabı, hədis 9-da; "Kəmaliddin", səhifə 269, hədis 13-də; "İrşad Müfid", 2/346-da rəvayət edilmişdir. imam Baqir a.s bəzi səbəblərdən ötəri bəzən hədisləri ona söykəyərək rəvayət etmişdir. Şeyxul İslam Əllamə II Məclisi r.a "Bihar əl-Ənvar" da bu hədisləri bir başlıqda yığmışdır, bax: II Məclisi ra, "Bihar əl-Ənvar", 46/223-224, bab 3



#98565 Hz. Xızır, Hz. Zülqərneyn və Hz. Süleyman vəziri [Hz. Asəf] peyğəmbərdirlər?

Написано Elmeddin 19 апреля 2013 - 21:07

Elməddin,
Fikirlərinə və özünə hörmətlə yanaşıram. Amma xatırlatmaq istəyirəm ki, inək kimi bir yolu tanıyan vəhhabilərdən fərqli olaraq biz şiələr geniş fikirliyik, müxtəlif fikirlərə qapımız hər zaman açıqdır.

Abu Sufyan ordusu, Allah şahiddir ki, mənim də sənə hörmətim var və səni çox sevirəm. və heç bir təvəzökarlıq olmadan deyirəm: mən səndən çox şey öyrənmişəm.

ancaq məndə bunu bildirmək istəyirəm ki, biz müxtəlif fikirləri müzakirəyə açıq olmağımız bu demək deyil ki, hər hansı bir mövzuda nəss varsa biz bu nəssə qarşı çıxmalıyıq və yaxud bunun qarşısında müxtəlif şəxsi fikirlərə etimad etməliyik.


1. Zul-Qarneyn məşriqlə məğrib arasında olan ərazilərə sahib olmuş saleh bir bəndə olub. Həmçinin onun Nuh a.s.-dan sonra gəlmiş nəbilərdən ilk padşah olduğu da bildirilir. (Təfsir əl-Əyyaşi 2/340, 343, 350)

bu verdiyin mənbədə 3 hədis nəql olunub ki, bunların 2-si Əbu Həmzə əs-Sumalidən, o birisi isə Əsbağ b. Nəbatədəndir. söz yoxdur ki, həm kitabın müəllifi Əyyaşi və həmdə bu 2 ravi güvənilir, uca məqamlı şəxslərdir. lakin Əyyaşi r.a-ın təfsirində sənədlər sonradan silinmişdir. yəni hal-hazırda biz Əyyaşi ilə Əbu Həmzə əs-Sumali və Əsbağ b. Nəbatə arasındaki raviləri bilmirik. ona görə də bu 3 hədis daha öncə yazdığım səhih hədislərin müqabilində etibarsızdır.

2. Müfəssirlər onun şəxsiyyəti barədə müxtəlif fikirlər bildirmişlər:

a. O, Makedoniyalı İsgəndərdir. Bu fikrin tərəfdarları atasının ölümündən sonra onun Ruma, Qərbə, Misrə hakim olduğunu və İskəndəriyyə şəhərini tikdirdiyinə inanırlar.
b. O, Yəmən padşahlarından biri olub. Bu fikrin tərəfdarı İbn Hişamdır ki, öz məşhur tarix kitabında bunu bildirib.
c. II Kir (ing. Cyrus the Great; farsca: کوروش بزرگ, Kuroş-e Buzurğ), Midiyalı Kir(e.ə. 600e.ə. 529) – qədim İran padışahı və Əhəməni İmperiyasının əsasçısıdır. Bu yeni fikrin tərəfdarı İslam Mütəfəkkiri Əbul-Kəlam Azaddır ki, öz rəyini bu barədə təhqiqat apardığı kitabında qeyd etmişdir.

qardaşım, bunlar müfəssilərin şəxsi fikirləridir və onların fikirləri dəlilə dayanmadığı halda ancaq zənn ola bilər bundan o yana keçə bilməz. sənin sözlərin təsdiqləyir ki, bu müxtəlif fikirləri dilə gətirənlər müxtəlif qərinələrə əsaslanırlar. lakin onların əsaslandığı fikirlər də Hz. Zülqərneyn a.s-ın iddia etdikləri şəxslərdən biri olduğunu deməyə əsas vermir. çünkü dünyanın çox hissəsini işğal edənlər İsgəndər, Kir və yaxud başqa bir şəxs ilə sərhədli deyildir. misal üçün bir başqası da çıxıb bu şəxsin Dara olduğunu deyə bilər.

"Hikəm va məvaiz minəl-həyatil-ənbiya" 2/124 (müəllif Murtəza Əl-Milani) kitabindan sitat:

وفي بعض الروايات ، انه كان بشرا ، وقد ورد في بعضها انه كان ملكا سماويا انزله الله الى الارض وآتاه من كل شيء سببا ، وفي خطط المغريزي عن كتاب الجاحظ ؛ ان ذا القرنين كانت امه آدمية وابوه من الملائكة ، وفي بعضها انه كان محدثا يأتيه الملك فيحدثه وفي بعضها انه كان نبيا ....
Bə`zi rəvayətlərdə onun bəşər, bə`zilərində isə səvavi bir mələk olduğu bildirilir, Allah onu yer üzünə endirmiş və hər şeyin yolunu ona öyrətmişdir. Əl-Məqrizi "Xutat"ində əl-Cahizin kitabindan rəvayət etmişdir ki, Zulqarneynin anası insan atası isə mələk imiş.
Bə`zi rəvayətlərdə onun mühəddəs olduğu, mələyin onun yanına gəliş-gediş etdiyi, bə`zilərində isə nəbi olduğu bildirilmişdir.

حكم ومواعظ من حياة الانبياء عليهم السلام - ج ٢

onun peyğəmbər olduğunu deyən rəvayət də var lakin sənədi zəifdir. odur ki, bir rəvayətdə "o mələk idi" deyilsə bu mütləq olaraq qəbul edilməz, öncəliklə rəvayətin sənədini araşdırmaq lazımdır. Mərqizi və Cahiz kimilərin nəqillərinə gəlincə, bunlar kimdir ki, nəqlləri də hüccət olsun?


#98527 Sual-Cavab

Написано Elmeddin 12 апреля 2013 - 18:38

Ve aleykum salam.Bagiwlayin bir az gec cvb yazdim.
Qardaw uzr istenilecek bir wey yoxdu.Esas siz bagiwdayin ki,men sebirsizlik edib aqressiv cavab yazdim.Ve xahiw edirem ki,yazdiqlarimi da silesiz ki hansisa nasibi gorub orda burda artiq-eksiy daniwmasin.
Qardawim verdiyiniz linke baxdim, orda muellifin yazdigi sehih hedisjeri de oxudum.Allah sizden razi olsun.Eziyyet chekmisiz.Bu cur deyirli sehih melumatlari bir araya cem etmisiz.Eziyetinizi halal edin.

Allah sizlərdən də razı olsun qardaşım. bu mənim üçün əziyyət deyil xoşdur.

Qardawim men 1 nece gun bundan once qardawin verdiyi linkdeki (Ellame Meclisinin sehih adlandirib,ravilerinin siqe oldugunu yazdigi)meqaleni selefi "dostumuza" gosterdim.Sadece o dost menden ancaq kewwiden delil istedi.Men ona desem de ki,kewwide melumatin olub olmamasi,hedislerin zeif olmasi demek deyil,o yene de oz bildiyin deyecek.Chunki ele guman edir ki orda bele melumat yoxdu Umumiyyetle orda(kewwide) bele bir wey var?

qardaşım, indi hansısa axmaq çıxıb özündən yeni kəşflər edəcəksə biz buna tabe olmalıyıq? bəlkə elə bir ravi var ki, heç o ravi "Rical əl-Kəşşi"də yoxdur indi durub bu axmağın sözünə görə deyəcəyik ki, bu ravi məchuldur? o axmaq ümumən bu prinsipi unutmamalıdır ki, şiənin öz, nasibilərin isə öz hədis elmi, öz rical kitabları var. misal üçün indi nasibi Buxaridən bir hədis dəlil gətirsə məndə durub desəm ki, "yox gərək mənə ravi haqqında "Rical əl-Kəşşi"dən dəlil gətirəsən, çünkü mən belə istəyirəm" buna nə ad verilər? dediyim ki, hər tərəfin öz mənbələri, öz hədis elmi, öz rical kitabları var və bəhslər bunlara uyğun olmalıdır. indi hansısa axmaq bunu qanmırsa bu mənim problemim deyildir.


#98513 Sual-Cavab

Написано Elmeddin 09 апреля 2013 - 11:01

söz verdiyim məqalə artıq hazırdır, inşaAllah daha sonra əlavələr də olacaq: Təvəssül şiə mənbələrində


#98412 Hz. Xızır, Hz. Zülqərneyn və Hz. Süleyman vəziri [Hz. Asəf] peyğəmbərdirlər?

Написано Elmeddin 19 марта 2013 - 11:54

Va aleykum əs-salam qardaşım.

Bəli qardaşım Hz. Zülqərneyn və həmçinin Hz. Xızır və Hz. Süleymanın vəziri [Hz. Asəf] a.s-ın peyğəmbər olub olmadığı məsələsində ixtilaf vardır. lakin məlum məsələdir ki, əgər bir məsələdə nəsslər (ayə və yaxud hədislər) bir şey desə bizim vəzifəmiz nəsslərə itaət etməkdir. burada yazdığım 4 mötəbər hədis və həmçinin digər mövzuda gətirdiyim başqa bir mötəbər hədis bu şəxslərin peyğəmbər olmadığını deyir.

Hz. Zülqərneyn a.s-ın peyğəmbər olduğunu deyən bir hədis vardır lakin bu hədis səhih deyildir (bax: Şeyx Asif əl-Muhsini h.a, "Muaşərə Bihraul Ənvar", 1/275). Onun a.s mələk olduğunu bildirən bir hədis isə görməmişəm. əgər bilirsənsə xahiş edirəm bizimlə paylaş.



#98321 Abu Zeyd, Əfəndi və Araz Həsənzadə

Написано Elmeddin 09 марта 2013 - 10:20

1. Abu Zeyd: son dövrlərdə nasibi dünyasının "parlaq ulduz"larından olaraq ortaya çıxmışdır. müsəlmanlar əleyhidə bir çox şübhə ortaya atmış və cavabları həm Şeyx Cavid h.a və həm də digər qardaşlar tərəfidən verilmişdir. burada onun iddialarına cavab verməyəcəyik, sadəcə onun yazdığı, iddia etdiyi şeylərin onun öz araşdırmasımı yoxsa başqa birinəmi məxsus olduğunu ortaya qoyacağıq.

a) Abu Zeydin SQHŞ risaləsinin 5-ci bölümü, şiə ravilər fəsli: Abu Zeyd burada şiə raviləri 7 qrup halında təqdim edib. 1-ci qrup üçün "Yalançı və lənətlənmiş şiə raviləri" adını seçib. burada bəzi ravilər haqqında geniş şəkildə iddialar edib, bəziləri haqqında isə iddiasına sadəcə mənbə vermək ilə kifayətlənib. mən də deyirəm ki, Abu Zeyd bu qrup haqqındaki iddiasını "dd-sunnah.net" saytında "əl-Cəsr 1 (الجسار1)" nicki ilə yazan şəxsdən kopyalamışdır. "əl-Cəsr 1" nicki ilə yazan bu şəxs 10/04/2009 tarixində "dd-sunnah.net" saytında "şiə rical kitablarında lənətlənmiş ravilər" mövzusu açıb, bax: "şiə rical kitablarında lənətlənmiş ravilər" mövzusu/ "dd-sunnah.net" formu/ 10/04/2009 tarixi/ iddiaçı "əl-Cəsr 1" nickli user

həmçinin, 2-ci, 3-cü və 4-cü qurupları təşkil edən "Vaqifi ravilər", "Əftahi ravilər" və "Nəvusi ravilər" də elə eyni linkdən kopya edilmişdir.

daha sonra Abu Zeyd 5-ci qurupun adını "Şərabxor ravilər" qoymuş və burada 4 ravinin şərab içdiyini ancaq buna baxmayaraq şiələrin bu şərabxorları siqa (güvənilir) saydığını iddia etmişdir. Abu Zeyd 1, 2, 3 və 4-cü quruplarda etdiyi kimi bu qrup haqqındaki iddiasını da "dd-sunnah.net" saytında "əl-Cəsr 1 (الجسار1)" nicki ilə yazan şəxsdən kopyalamışdır. "əl-Cəsr 1" nicki ilə yazan bu şəxs 04/05/2008 tarixində "dd-sunnah.net" saytında "şərab içən ancaq siqa (güvənilir) olan şiə raviləri!" adında mövzu açıb, bax: "şərab içən ancaq siqa (güvənilir) olan şiə raviləri!" mövzusu/ "dd-sunnah.net" formu/ 04/05/2008 tarixi/ iddiaçı "əl-Cəsr 1" nickli user

yəni Abu Zeyd yazdıqlarını buradan kopyalayıb. bu axmaq kopyalamağına kopyalayıb amma heç olmazsa kopyalayarkən başqa bir ad belə tapa bilməyib. həmçinin "əl-Cəsr 1" mənbələri hansı ardıcıllıq ilə veribsə elə bu da eyni ardıcıllıq ilə qeyd edib.

davam edəcək...



#98320 Abu Zeyd, Əfəndi və Araz Həsənzadə

Написано Elmeddin 09 марта 2013 - 09:52

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

əziz bacı və qardaşlar, bir çoxunuza məlum olduğu kimi nasibi dünyasında Abu Zeyd, Əbu Əli Əfədi əl-Ucari, Araz Həsənzadə və bu kimi "şiələrə qarşı cihad edənlər" çoxdurlar. əlhəmdulillah, həm bu forumda, həm http://az.313news.net/ saytında və həm də digər dillərdə (türk, ingilis) olan forum və bloqlarımızda bu şərli və şərəfsiz şəxslərin ortaya atdığı şübhələrə az-çox cavab vermişik və verməyə davam edirik. ancaq burada bu mövzunu açmağımın xüsusi bir səbəbi var. belə ki, bu mövzuda bu şəxslərin gətirdiyi iddia və şübhələrin də bunlara aid olmadığını, bunların əslində sadəcə bir kopyaçı olduqlarını göstərməyə çalışacağam. bütün qardaşlardan xahiş edirəm ki, mövzudan kənara çıxmasınlar və gərəksiz yazılarla yer verməsinlər.



#98236 Təvəssül barədə Malik əd-Darın hədisi

Написано Elmeddin 01 марта 2013 - 22:43

insaAllah yaxin vaxtlarda tevessül haqqinda sehih hedislerden ibaret bir meqale hazir olacaq.


#98178 Fatime ucun dualarinizi esirgemeyin

Написано Elmeddin 24 февраля 2013 - 18:48

Allah ata ve anasina sebr versin. Allah rehmet etsin.


#98124 Vilayət (Maidə 55) ayəsinin təfsiri

Написано Elmeddin 16 февраля 2013 - 16:27

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

Quranda Əhli Beyt a.s haqqında nazil olan ayələr içərisində Təthir (Əhzab 33) və Məvəddət (Şura 23) ayələrindən sonra bəlkədə ən məşhur olan ayə Vilayət (Maidə 55) ayəsidir. Allah azzə və cəllə bu ayədə buyurur:



إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ
Sizin vəliniz ancaq Allah, Onun Rəsulu və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər.

Maidə surəsi 55-ci ayə


məlum olduğu kimi bu ayə imam Əli a.s-ın rükuda üzüyünü dilənçiyə sədəqə verməyinə görə nazil olmuşdur. inşaAllah bu mövzuda ayənin təfsirini 3 şəkildə verəcəyik.

1. şiə və sünnü mənbəli səhih hədislər ilə
2. tabeinlərin təfsiri ilə
3. əhli sünnə alimlərinin sözləri ilə



#98123 Hud surəsi 17-ci ayənin təfsiri

Написано Elmeddin 16 февраля 2013 - 16:19

səfehlikdə bir zirvə olan bu nasibi Sadiq qardaşın bizim cavabımız ona yazmağından sonra deyir:

Sadiq Mirzəyev, açdığın mövzunun məqsədi camaatı aldatmaqdır.

həqiqətənmi? görəsən bunu necə etməyə çalışıram? Qurandan yazdığım ayə ilə? yoxsa səhabələrdən r.a nəql olunan hədislər ilə? çünkü bizim bu mövzuda yazdığımız ancaq Qurandan ayə və səhih sənədli hədislərdir, hansı ki, bu hədis elə Əli b. Əbu Talib a.s-dan sizin kitablarınızda rəvayət edilir. əgər sən buna "aldatmaq" deyirsənsə sənə deyiləcək tək şey: şərhsiz

Sizin ibadət etdiyiniz əli vəli bütdür.

bu bir çox nasibi tərəfindən edilən iraddır, ancaq mən sizin belə səfehcə qərarlara gəlməyinizi bir mənada anlayıram. sizin belə qərarlara gəlməyinizin səbəbi budur ki, sizn inandığınız məbud qıvrım saçlı, üzü tüksüz, ayağında şəp-şəpi, belində qızıl kəmər, üzərində yaşıl paltar olan, gecələr yerə enib gündüzlər göyə çıxan, hoppanan, tullanan, qaçan, kölgəsi olan bir CİSMDİR. yəni bizim imamlarımız a.s sizin ibadət etdiyiniz bütdən ən azından şəriətə tabe olub, saqqal saxladıqlarına görə üstündürlər axı sizin bütünüz üzü tüksüzdür. ona görə sizin belə reaksiya verməyiniz təbiidir.

Amma biz Əli ibn Abu Talibi (ra) səhabə kimi sevirik

bu yalandır, hətta türklər deməli buynuzlu yalandır. siz Əli b. Əbu Talib a.s-ı sevirsiniz? necə? Muaviyə, Əmr b. As, Muğirə b. Şubə, Əbu Hureyrə, Aişə, Təlhə və bu kimi Əli a.s düşmənləri, Əli a.s-ın qanına susayan, hər tərəfdən it kimi ona hücum edən, ona minbərlərdə söyüb lənət oxutduran şəxsləri özünüzə rəhbər bilib dininizi bu şəxslərdən öyrənməklə? budur sizin dininizi öyrəndiyiniz şəxslər:

"səhabə" dediyiniz münafiqlər
xarici ravilər
nasibi ravilər
yalançı ravilər
məlun ravilər
alkaş ravilər
əhli kitab (yəhudi və xristian) ravilər


həçinin sizin imamlarınız al-i Muhəmməd s.a.a-dən olan hidayət imamlarına a.s aşkarca düşmənlik edib kinlərini dilə gətirmişdirlər, bax: nasibilər və əhli beyt

bütün bunlardan sonra sizlərin "biz əhli Beyti sevirik", "biz Əlini sevirik" sözləriniz eyni ilə ABŞ-ın "biz müsəlmanları sevirik" sözü kimidir. necədə həyasızlıqdır deyilmi?


və Peyğəmbərimizin (sas) digər səhabələrini də sevirik, birini digərindən ayırmırıq

səhabələri sevmək məsələsində heç kimin etirazı və problemi yoxdur, səhabələri r.a bizdə sevir, onlara hörmət edir və onların hədisləri ilə əməl edirik, bax: Şiə və Səhabə

ancaq, biz sizin "səhabə" elan etməyə çalışdığınız münafiqlər və mürtədlərə düşmənik. Quran və Sünnə açıqca Əhli Beyt a.s sevgisini iman və düşmənçiliyini küfür olaraq bildirir, siz isə bu münfiq və mürtəd yığınını səhabə elan etməyə çalşırsınız. Quran və Sünnədən bəzi nəqllər:

http://velayet.wordp...meveddet-ayeti/
http://velayet.wordp...ak-mumin-sever/
http://velayet.wordp...vasirim-hadisi/

bütün bunlardan sonra siz onları sevirsiniz? və bizi onlara dəvət edirsiniz? SubhanAllah, sizin ürəyinizdə sevdiyiniz bütlərə deyil Kitaba və Sünnəyə tabe olmağınız lazımdır, siz yəni bunu anlamayacaq səviyədəsiniz?


amma bütlərdən, pirlərdən isə uzağıq.

Hud 17-də isə nə əlidən vəlidən, nə də səhabədən söhbət getmir. Bunun üçün heç bir hədisə, izaha ehtiyac yoxdur.

SubhanAllah. Allah c.c burada misal verir və deyir ki: "Rəbbindən açıq-aydın bir dəlilə əsaslanan və Rəbbindən bir şahidin izlədiyi kimsə (dünyaya meyl edənlər kimi ola bilərmi)?!"

burada "Rəbbindən açıq-aydın dəlilə əsaslanan" kimdir? bəs yaxşı Rəbbindən açıq-aydın dəlilə əsaslanan bu şəxs üçün "Rəbbindən bir şahid" olan şəxs kimdir? biz məgər deyirik ki, "ayədə Əli a.s-ın adı var"? biz deyirik ki, ayədə 2 şəxs vəsf olunub:

1. Rəbbindən açıq-aydın dəlilə əsaslanan şəxs.
2. bu ilk şəxsə Rəbbindən şahid olan şəxs.

bunlar kimdirlər? səhih hədislər deyir ki, ilk şəxs Hz. Rəsulullah s.a.a, ikinci şəxs isə imam Əli a.s-dır. hansı ki, bu hədisi sənin hədis imamların olan ibni Mərdəveyh, ibni Əbu Hatim və Suyuti rəvayət edib. sən ümumən ibni Əbu Hatimi tanıyırsan? yaxşı, sizə yaralı yerinizdən toxunaq. şeyxiniz ibni teymiyyənin ibni Əbu Hatim təfsiri haqqında nələr dediyindən azacıq xəbərin var?


Siz öz Qum şəhərinizdə islam adından çap etdiyiniz saxta hədislərlə, Avropadan vurub Amerikadan çıxan, istirahətini Türkiyə, Dubayda keçirən, kosmosu fəth edən müasir intellektli azəriləri bu səviyyəsiz cılız savadınızla azdırmaqmı istəyirsiniz ?

allahu Əkbər! ibni Əbu Hatimin təfsirini biz Qumda çap etmişik? yoxsa bu kitabı biz yazmışıq? danışıb özünü biabır etmə, get ibni Əbu Hatim, ibni Mərdəveyh və Suyuti haqqında oxu.

Biz molla adı eşidəndə əsəbiləşirik, gedin başqa iş güclə məşğul olun.


Sənin səviyyənə enib, mənə aid etdiyin təhqirlərə cavab vermək istəmirəm

çox heyfslənirəm ki, forumlarda sənin kimilərlə danışmağa məcbur oluram amma inan ki, bu sənin kimiləri cavab veriləcək səviyyədə gördüyümdən deyil sənin axmaqca sözlərinin camaatı çaş-baş salmamağı üçündür.

...yaxşılıq da etsəniz, pislik də özünüzə etmiş olursunuz....

əlbəttə elədir ancaq bunu da unutmamalısan:



وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ ۚ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَٰئِكَ كَانَ عَنْهُ مَسْئُولًا
Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır.

İsra surəsi 36-cı ayə




#98105 imam Əli a.s: "Zülqərneyn kimisi sizin içərinizdə də vardır"

Написано Elmeddin 15 февраля 2013 - 10:45

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

məlum olduğu kimi biz müsəlmanların/şiələrin inanclarından biri də rəcətin haqq olduğudur. "rəcət"in mənası Allah Təalanın ölənlərin bir qurupunu öldükləri şəkildə dünyaya qaytaracağı və məzlumları zalımlara üstün edəcəyidirdir. hansı ki, bu dirilmə imam Mehdi a.s-ın zühurundan sonra olacaqdır.

bu inancın haqq olmağının dəlili həm Quran və həmdə Sünnədir. inşaAllah sonralar Qurandan bu məsələ haqqında dəlil gətirəcəyik, bu mövzuda isə rəcət inancının Sünnədən olan dəlilini sizlərə təqdim edəcəyik.

rəcət haqqında Sünnədən dəlil imam Əli a.s-ın "Zülqərneyn kimisi sizin içərinizdə də vardır" sözüdür. hansı ki, bu söz imam a.s-dan həm şiə və həmdə sünnü mənbələrdə səhih olaraq nəql edilmişdir.

1. şiə mənbələrində: şiə alimlərindən Əli b. Hüseyin b. Babveyh əl-Qummi, onun oğlu Şeyx Səduq, Əyyaşi və Ravəndi kimi mühəddislər bu hədisi rəvayət etmişdirlər.


recat-ibni babaveyh.gif

şəkildə gördüyünüz Şeyx ibn Babaveyh əl-Qummi r.a-ın "əl-İmamə vət-Təbsira" adlı kitabıdır, işarələdiyim yerdə deyilir:

سعد بن عبد الله, عن أحمد بن محمد بن عيسى, عن علي بن النعمان, عن هارون بن خارجة, عن أبي بصير, عن أبي جعفر عليه السلام قال: إن ذا القرنين لم يكن نبيا, ولكنه كان عبدا صالحا أحب الله فأحبه الله, وناصح لله فناصحه الله, أمر قومه بتقوى الله, فضربوه على قرنه, فغاب عنهم زمانا, ثم رجع إليهم, فضربوه على قرنه الآخر, وفيكم من هو على سنته
Sad b. Abdullah mənə Əhməd b. Muhəmməd b. İsadan, o Əli b. Numandan, o Harun b. xəzrəcədən, o Əbu Basirdən, o da Əbu Cəfər (imam Baqir a.s)-dan danışdı, dedi: "Zülqərneyn peyğəmbər deyil, lakin saleh bir qul idi, o Allahı, Allah da onu sevərdi, o Allaha və Allah da ona kömək edərdi. Qövmünü Allah təqvasına dəvət etdi, onu başından vurdular və öldü. Sonra onlara rəcət etdi, yenə başından vurdular və öldü. sizin aranızda da bu sünnə üzrə olanlar var."

Əli b. Hüseyn b. Babaveyh əl-Qummi r.a, "əl-İmamə vət-Təbsira", səhifə 121, hədis 116


bu hədisi ibni Babaveyh əl-Qumminin oğlu Şeyx Səduq r.a "Kəmaliddin", səhifə 393-də atasından; Əyyaşi r.a "Təfsiri Ayyaşi", 2/339-340-da öz mürsəl olaraq Əbu Bəsirdən; Ravəndi r.a "Qisasul Ənbiya", səhifə 120-də ibni Babaveyh əl-Qummiyə qədər öz sənədi ilə ondan sonra isə onun sənədi ilə rəvayət etmişdir.

hədisin bütün raviləri siqa (güvənilir) və isnadı müttəsildir. Şeyx Asif əl-Muhsini bu hədis haqqında deyir:

صحيحة أبي بصير عن الباقر عليه السلام
səhih olaraq Əbu Bəsir imam Baqir a.s-dan rəvayət etmişdir.

Şeyx Asif əl-Muhsini h.a, "Muaşərə Bihraul Ənvar", 1/276


2. sünnü mənbələrində: əhli sünnə alimlərindən ibni Əbi Şeybə və Təbəri kimi mühəddislər başda olmaq üzrə bir çox alim bu hədisi öz sənədləri ilə səhabə Əbu Tufeyl r.a-dan, o da imam Əli a.s-dan rəvayət etmişdir.


recat-ibni ebi seybe.jpg recat-ibni ebi seybe1.jpg

şəkildə gördüyünüz sünni hədis alimi, Buxari və Müslüm başda olmaq üzrə sünnilərin bir çox aliminin müəllimi olan ibn Əbi Şeybənin "Musannaf" kitabıdır, işarələdiyim yerdə deyilir:

حدثنا وكيع, عن بسام, عن أبي الطفيل, عن علي, قال: كان رجلا صالحا ناصح الله فنصحه فضرب على قرنه الأيمن فمات فأحياه الله, ثم ضرب على قرنه الأيسر فمات فأحياه الله وفيكم مثله
Vəki mənə Basimdən, o Əbu Tufeyldən, o da Əlidən danışdı, dedi: "Zülqərneyn saleh bir qul idi. O, Allaha səmimiyyətlə bağlanmış, Allah da ona kömək olmuşdu. Qövmünü Allaha dəvət etdi, onu alnından vurdular da öldü. Sonra Allah onu diriltdi. Qövmünü yenə Allaha dəvət etdi, yenə alnından vurdular da öldü. onun kimisi sizin aranızda da vardır."

ibni Əbi Şeybə, "Musannaf", 6/346, hədis 31913


bu hədisi ibni Əbu Asim "əs-Sünnə", 2/884-də ibni Əbi Şeybədən; hədisin bənzərini isə Təbəri "Təfsir ət-Təbəri", 15/370-də öz sənədi ilə Əbu Tufeyl r.a-dan rəvayət etmişdir.

həm ibni Əbi Şeybənin və həmdə Təbərinin nəql etdiyi hədisin sənədinəki bütün ravilər siqa (güvənilir) isnadları müttəsil və ravilərin əksəriyyəti Səhiheynin (Səhihi Buxari və Səhihi Müslümün) ravilərdir. indi ravilər haqqında qısa məlumat veririk:

Əbu Tufeyl (أبي الطفيل): hədisin ilk ravisidir, səhabədir və sünnülərə görə bütün səhabələr ədalətli və etibarlı olduğu üçün haqqında ətraflı məlumat vermirik.

Basim b. Abdullah (بسام بن عبد الله): Hədisimizin ikinci ravisidir, siqa (güvənilir)-dir. rical alimi əl-Mizzi onun haqqında deyir:

بسام بن عبد الله الصيرفي أبو الحسن الكوفي
Basim b. Abdullah əs-Səyrafi, (künyəsi) Əbul Həsən, əl-Kufi.

قال إسحاق بن منصور عن يحيى بن معين صالح
وقال عباس عن يحيى ثقة
وقال أبو حاتم صالح الحديث لا بأس به
İshaq b. Mənsur Yəhya b. Main'den dedi ki: "salehdir"
Abbas Yəhya b. Main'den dedi ki: "sika (güvənilir)-dir"
və Əbu Hatəm dedi ki: "hədisi salehdir, onda problem yoxdur"

əl-Mizzi, "Tehzib əl-Kamal", 4/58-59, 664-cü ravi


həmçinin, rical alimi əz-Zəhəbi onun haqqında deyir:

بسام بن عبد الله الصيرفي عن عكرمة وعطاء وعنه الفريابي وخلاد بن يحيى وجماعة ثقة
Basim b. Abdullah əs-Səyrafi, İkrimə və Atadan (rəvayət etmişdir). ondan isə Fəryabi, Xalid b. Yəhya və camaat (rəvayət etmişdir). sika (güvənilir)-dir.

əz-Zəhəbi, "Kəşşaf", 1/265, 557-ci ravi


Veki (وكيع): Hədisimizin sonuncu ravisidir, nasibilere görə etibarlıdır, "Səhihi Buxari" və "Səhihi Müslim" də daxil olmaqla Kutubu sittə kitablarında ondan hədis rəvayət edilmişdir. əz-Zəhəbi onun tərcüməsidə geniş şəkildə məlumat verir, mən isə yalnız əz-Zəhəbinin onun haqqında istifadə etdiyi ləqəbləri gətirməklə kifayətlənirəm:

وكيع (ع) ابن الجراح, بن مليح, بن عدي بن فرس بن جمجمة بن سفيان, بن الحارث, بن عمرو, بن عبيد, بن رؤاس, الإمام الحافظ, محدث العراق أبو سفيان الرؤاسي, الكوفي, أحد الأعلام
Veki b. Cərrah ..... b. Ravas, imam, hafiz, İraqın mühəddisi, Əbu Süfyan əl-Ravas əl-Kufi, ulemadandır.

əz-Zəhəbi, "Siyər", 9/154


həmçinin, Təbərinin hədisini öz kitabında qeyd edən sünnü alimlərdən Əbu Cəfər ən-Nəhhas hədis haqqında deyir:

قال أبو جعفر وهذا أجل اسناد روى في تسميه بذي القرنين
Əbu Cəfər dedi: "bu sənəd Zülqərneyn adı ilə əlaqədar rəvayət edilənlərin ən gözəlidir"

Əbu Cəfər ən-Nahhas, "Məani əl-Quran", 4/238


görüldüyü kimi həm Şiə və həm də sünnü mənbələridə imamlar a.s-dan Hz. Zülqərneyn a.s-ın xüsusiyyəti ilə əlaqədar rəvayət edilən bu hədislərdə Hz. Zülqərneyn a.s-ın iki dəfə qövmünü Allaha c.c dəvət etdiyi, bu mübarizəsində öldürüldüyü və dünyaya rəcət etdiyi (qaytarıldığı) bildirilir. Bu məlumatları verdikdən sonra iamlarımız a.s "sizin aranızda da onun kimiləri vardır" deyərək özlərini nəzərdə tutmuşdur. Yəni imamlarımız a.s da Hz. Zülqərneyn kimi rəcət edəcəkdir.





Рейтинг@Mail.ru